Icma.az
close
up
RU
Təbiətlə düzgün davranmalıyıq!

Təbiətlə düzgün davranmalıyıq!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Biomüxtəlifliyin qorunması hər birimiz üçün vacibdir...

Dünyada cərəyan edən bir çox proseslər təbiətə, xüsusilə biomüxtəlifliyə mühüm təsir göstərir. Son zamanlar yer üzündə bioloji müxtəlifliyin sürətlə azalması problemin daha da aktuallaşmasına səbəb olub. Məlumdur ki, bəzi bitkilər, heyvanlar və meşələr Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Bir milyon flora və fauna növü yox olmağın bir addımlığındadır. Son 20 ildə gərgin səylərə baxmayaraq, planetin biomüxtəlifliyi azalmaqda davam edir və ekoloji tarazlıq sürətlə dəyişir.

Ekoloji sistemin təqribən 60 faizi deqradasiyaya uğrayıb və ya ehtiyatsız istifadə olunur. Bu da biomüxtəlifliyin itirilməsinə və növbəti 50 ildə daha da pisləşə biləcək ağır nəticələrə gətirib çıxara bilər. Planetdə həyatın müxtəlifliyinin qorunması uğrunda mübarizə aparmağın əsas yollarından biri isə nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunması, təbiətə göstərilən qayğıdır.

Yeri gəlmişkən, mayın 22-si Beynəlxalq Biomüxtəliflik Günüdür. Əvvəllər həmin gün dekabrın 29-da qeyd olunurdu. Lakin 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən 22 may Bioloji müxtəliflik üzrə Konvensiya qəbul olunub və həmin gün Beynəlxalq Bioloji Müxtəliflik Günü elan edilib.

Son hesablamalara görə, təcili tədbirlər görülməsə, 2030-cu ilə qədər biomüxtəlifliyin azalması sürətinin qarşısını almaq məqsədi əldən çıxa bilər. Bu məqsəd 2022-ci ilin dekabrında keçirilən BMT-nin biomüxtəliflik sammitinin əsas mövzularından biri olub.

Biomüxtəliflik nədir və nə üçün vacibdir?

Biomüxtəliflik Yerdəki həyatın müxtəlifliyi üçün vacibdir. Buraya heyvanlar, bitkilər, göbələklər və bakteriyalar kimi mikroorqanizmlər daxildir. Heyvanlar və bitkilər insanlara yaşamaq üçün lazım olan hər şeyi verir - bunlara şirin su, qida və dərmanlar daxildir.

Ancaq bunun üçün heyvan və bitki müxtəlifliyinin birlikdə işləməsi lazımdır. Bitkilər təbii mühitin sağlamlığı üçün də çox vacibdir. Eyni zamanda bitkilər havanın təmizlənməsi, yüksələn temperaturun sabitləşdirilməsində və iqlim dəyişikliyindən qorunmada əsaslı rol oynayır.

Biomüxtəlifliyə ən böyük təhlükələr hansılardır?

2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Yetkin meşələrin formalaşması yüzlərlə, hətta minlərlə il çəkə bilər. Ehtimal edilir ki, bu, biomüxtəlifliyə böyük təzyiq yaradır. Dünya Vəhşi Təbiət Fondu (WWF) Yer kürəsində biomüxtəlifliyin itirildiyini izah edir. İtkilərin ən çox olduğu yerlər Latın Amerikası və Karib hövzəsi hesab edilir. 1970-ci ildən bəri burada heyvanların sayı 94 faizə qədər azalıb. Bu azalmanın ən böyük səbəblərindən biri də onların yaşayış yerlərinin məhv olmasıdır.

Londondakı Təbiət Tarixi Muzeyinin məlumatına görə, Böyük Britaniya Avropada təbii mühitin ən çox tənəzzülə uğradığı ölkələr sırasındadır. Böyük Britaniya 10 faiz azalma ilə qlobal miqyasda geri qalır.

2025-ci ilin sonuna qədər...

BMT xəbərdarlıq edir ki, iqlim dəyişikliyinin artan təsirləri ilə mübarizə heyvanlar və bitkilər üçün getdikcə çətinləşir. Paris İqlim Müqaviləsinə görə, qlobal istiləşmə 2 dərəcədən aşağı saxlanılmalı, hədəf isə 1,5 dərəcə olmalı idi. Ümumdünya Meteorologiya Təşkilatının (WMO) hesabatına görə, 2025-ci ilin sonuna qədər dünyanın sənayedən əvvəlki səviyyədən 1,5°C yuxarı istiləşməsi ehtimalı 40 faiz təşkil edəcək.

Azərbaycanda biomüxtəliflik...

Respublikamız Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənib. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə  və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar aləmi də son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir.

Təbiətin mühafizəsi, ehtiyatların səmərəli istifadəsi, xüsusilə də, unikal növlərin qorunması - milli və bəşəri məsələlərdir. Azərbaycan 2000-ci ildə BMT-nin Baş Assambleyasının biomüxtəliflik üzrə Konvensiyasına qoşulub. Konvensiyaya uyğun olaraq ötən dövr ərzində respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilsə də bu sahədə bir sıra problemlər hələ də var. Belə ki, bu gün Xəzərdə biomüxtəlifliyin azalmasında əsas səbəb kimi iqlim dəyişikliyi göstərilir.

Göründüyü kimi, bioloji müxtəliflik dedikdə bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi nəzərdə tutulur. Bu da o deməkdir ki, təbiətdə biomüxtəlifliyin qorunması insanlar üçün daha vacibdir. Ona görə də təbiətlə düzgün davranmalı, onu sevməliyik...

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see322

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see319

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see250

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see228

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see226

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see214

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see201

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see194

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see193

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see181

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see179

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see175

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see172

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see172

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see171

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see171

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see166

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see156

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see153

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri