Təbii diş təmizləyiciləri: Hansı meyvə və tərəvəzlər fırçanı əvəz edə bilər?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Dişləri hər yeməkdən sonra fırçalamaq məsləhətdir, lakin bu mümkün olmadıqda, qidalanmanın ardınca müəyyən meyvələr, tərəvəzlər və ya giləmeyvələr qəbul etmək lazımdır.
Oxu.Az xəbər verir ki, bu barədə ispaniyalı həkim Ester Qomes "20minutos" nəşrinə müsahibəsində bildirib.
Qomes ilk növbədə qidalanmanı alma ilə bitirməyi tövsiyə edib. "Bu meyvə diş ərpini və diş ətlərini təmizləyə bilir, hətta qəhvənin, rəngli içkilərin və tütünün dişlərə təsirini neytrallaşdırır", - deyə o izah verib.
Bundan əlavə, həkim yeməkdən sonra kərəviz, yerkökü və ya çiyələk qəbulunu tövsiyə edib.
Sonuncuya metoda gəlincə, tərkibində dişləri ağardan böyük miqdarda alma turşusu və ərp yaradan bakteriyaları məhv edən təbii şirinləşdirici olan ksilitoldan istifadənin mümkünlüyü qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 09 Oktyabr 2025 07:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















