Icma.az
close
up
RU
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevralın 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

SİA xəbər verir ki, komitə sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələnin - “Yerin təki haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri, əvvəlcə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasətdə qazandığı uğurlardan söz açıb. O, qeyd edib ki, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bildirilib ki, həyata keçirilən uğurlu diplomatik fəaliyyət nəticəsində beynəlxalq arenada mövqeyimiz daha da möhkəmlənib, bir sıra mühüm strateji tərəfdaşlıqlar qurulub. Komitə sədri bu nailiyyətlərin ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına, investisiya mühitinin daha da güclənməsinə müsbət təsirlərini vurğulayıb.

Sonra qanun layihəsini müzakirəyə təqdim edən komitə sədri bildirib ki, sənəddə qanunun yeddinci və on üçüncü maddələrinə dəyişiklik və qanuna bir maddənin (13.1-ci maddə) əlavə olunması təklif olunub. Qeyd olunub ki, layihə təbii ehtiyatlardan istifadənin səmərəliyinin yüksəldilməsi, ekoloji balansın qorunması, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunması və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılması məqsədlərinə xidmət edir.

İclasda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir İdayətov layihə ilə bağlı ətraflı məlumat verib. O, layihənin “Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən hazırlandığını deyib. Agentliyin sədri layihədə təklif olunan dəyişikliklərin əsas istiqamətlərindən bəhs edib. Bildirilib ki, sənəddə su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin, habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir. Digər istiqamət yer təkindən istifadə sahəsində bir sıra qaydaların hüquqi əsasının yaradılması ilə bağlıdır. Qeyd olunub ki, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar qəbul ediləcək.

Eyni zamanda, layihədə yer təki istifadəçiləri tərəfindən istismardan sonrakı mərhələdə rekultivasiya işlərinin aparılması və dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə qaydalarının müəyyən edilməsi təsbit olunub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədri Sadiq Qurbanov, komitə sədrinin müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov, Eyvaz Qurbanov, Vüqar Rəhimzadə çıxış edərək dəyişikliklərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Samir İdayətov deputatların suallarını cavablandırandan sonra qanun layihəsi baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Nigar Arpadarai, Bədəl Bədəlov, Afət Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri