Icma.az
close
up
RU
Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası İran və Azərbaycan xalqlarını yaxınlaşdırar

Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası İran və Azərbaycan xalqlarını yaxınlaşdırar

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir. İran KİV-nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib. Vilayət rəhbərinin sözlərinə görə, bu, iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək. Bundan başqa, Bəhram Sərmast qeyd edib ki, İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi barədə razılıq əldə olunub: "İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri zamanı Azərbaycanda təhsil alan İran tələbələri üçün sərhəd keçidinin sadələşdirilməsi, həmçinin İran və Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və birgə elmi-tədqiqat və texnoloji layihələrin həyata keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub".Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası ölkələrarası münasibətlərə müsbət təsir edəcəkmi?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası hökumətlərarası komissiyada müzakirə mövzusu ola bilər.

Nəsib Məhəməliyev

“Konkret razılıq əldə olunması barədə məlumatım yoxdur. Təbriz tarixi Azərbaycan şəhərdir. Bu şəhərlə müntəzəm aviareys əlaqəsi, İran və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırar, eyni zamanda turizmin və mədəni-iqtisadi münasibətlərin inkişafına xidmət edə bilər. İran prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi səmimi görüş münasibətlərdə yeni səhifənin açıldığının göstəricisidir. İran son 30 ildən artıq bir müddətdə Azərbaycan siyasətində çoxsaylı yanlış davranışlara yol verib və bundan ancaq ziyan çəkib. Zaman dəyişib, regionda yeni reallıqlar yaranıb. Mövcud geosiyasi şərait İranı yeni reallıqllarla hesablaşmağa sövq edir”-deyə deputat qeyd edib.

Nəsib Məhəməliyev tələbə mübadiləsi məsələsinə də toxunub. Deputat bildirib ki, bunu müsbət addım kimi qiymətləndirir.

“İran universitetləri arasında kifayət qədər reytinqliləri var. İndiyə qədər, bizim gənclər İranda ancaq dini təhsil almağa gedirdilər. Nəticədə, dövlətimiz və cəmiyyətimiz üçün xoşagəlməz hallar yaşandı. Bir neçə ixtisas var ki, iranlı tələbələrin Bakıda, bizimki tələbələrin İranda təhsil almasında fayda var.

Azərbaycan, hər zaman İranla bərabər hüquqlu, qarşılıqlı hörmətə söykənən münasibətlərə sadiqdir. Münasibətlərin yumşalması, İran dövlətininin xarici və daxili siyasətində əsas söz sahibi olan ali rəhbər Əli Xameneidən asılıdır”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri