Icma.az
close
up
RU
Təbrizdən Bakıya cavab gəldi “183 nəfər kəşfiyyata işləyir?”

Təbrizdən Bakıya cavab gəldi “183 nəfər kəşfiyyata işləyir?”

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sayman Aruzun son açıqlamaları Güneyin 183 yazıçı və şairini tənqidə görə “şübhəli fəaliyyətlərə”, “kənar təsirlərə”, hətta İranın nəzarət strukturlarına bağlamağa yönəlib. Bu, təkcə ədəbi etikaya yox, həm də intellektual məsuliyyətə zidd yanaşmadır. “Tanınmayan adamlar”, “kimlərsə tərəfindən yönləndirilənlər” kimi ifadələr arqument yoxluğunun, ittihamı məntiqə alternativ kimi işlətməyin açıq əlamətidir.

Əvvəla, həmin 183 nəfərin bir çoxu real həyat və mübarizə təcrübəsi olan yazarlardır: bir neçəsi zindan çəkib, çoxunun kitabları illərlə nəşr icazəsi almayıb, bəzilərinin əsərləri senzuradan keçib və ya bütövlükdə müsadirə olunub. Bu insanlar anadilli yaradıcılığa görə uzun müddət zülm altında qalıblar. Onların “tanınmaması”, sadəcə olaraq, sənin bu mühiti ya heç zaman tanımadığına, ya da onu tanımaq istəmədiyinə işarədir. Tanımaq məcburiyyətin yox idi, amma bilmədiyin bir mühiti “şübhəli” elan etmək həm qeyri-ciddilikdir, həm də məsuliyyətsizlik.

Sənin “onların bir neçəsi mənim qonağım olub, çörəyimi kəsib” deməyin isə ayrı bir problemdir. Qonaq olmaq tənqid toxunulmazlığı demək deyil. Heç kimin səsini sənin şəxsi münasibətinə görə ölçmək və “qonaqlıq” üzərindən insanlara susdurma borcu yükləmək həm etik, həm də intellektual baxımdan qəbuledilməzdir. Sual sadədir: o insanlar sənin evində oturanda niyə “şübhəli” deyildilər? Niyə o zaman kəşfiyyatla əlaqələri yox idi, indi səni tənqid etdikləri üçün birdən “təhlükəli” kateqoriyaya düşüblər? Bu arqument deyil, sadəcə müdafiə refleksidir, ritorik manipulyasiyadır.

Sən deyirsən ki, “Güney 45 milyonluq toplumdur, 183 nəfər dənizdə damladır.”  Bu müraciət siyasi bir proses deyil. Biz on minlərlə siyasi və ictimai fiqurun imzasını toplamamışıq; məqsəd yalnız yazıçılar, şairlər, tənqidçilər, yəni ədəbiyyatın içində olanların mövqeyini ifadə etmək idi. Bu səbəbdən 183 nəfər kəmiyyət yox, keyfiyyətdir, ədəbi sahənin daxili səsidir.

Bu 183 nəfərin bir çoxu illərdir Azərbaycan məsələrində və ictimai kampaniyalarda, Urmu gölünün qorunması, ana dilində təhsil, dustaqların müdafiəsi, milli haqların tanınması və digər təşəbbüslərdə imza verib. Onların imza tarixi realdır. Sadəcə sosial media səhifələrinə baxmaq kifayətdir. Sən isə burda olduğun müddətdə nə işlər görübsən? Bu sual cavabsız qalır.

Bu 183 kişinin bir çoxu kitabları senzura ilə üzləşib: ya nəşr icazəsi almır, bəziləri sərt senzuradan keçdikdən sonra öz pulları ilə cüzi tirajla çap olunur. Lakin sənin hazırladığın “Salam, insan”, “Gətir ağrılarını, əllərini öpüm” və “A hərfinə uduzmaq” kitabları İranda problemsiz yayımlanıb. Bu fərq yalnız sual doğurur: necə olur ki, yüzlərlə müəllif üçün eyni qapı bağlıdır, amma sənə o qədər rahat açılır? Bu açıdan da baxsana.

Üstəlik, sənin 183 nəfər arasındakı bir yazarı “Evim” romanını guya öz əsərindən götürməkdə ittiham etməyin, amma sonra həmin müəllifə “Mən sizin kitabınızı oxumamışam” deməyin, bütün arqumentlərinin situativ və qeyri-peşəkar xarakterini göstərir. Bir yazını oxumadan plagiatlıq ittihamı irəli sürmək ədəbi fikir deyil, ictimai rəyin manipulyasiyasıdır.

Və ən önəmlisi budur:

Sənin istifadə etdiyin dil və təsnifatlar, “tanınmayan şəxslər”, “şübhəli niyyətlər”, “kimlərinsə təsiri altında olanlar”, illərlə bizim dilimizi, ədəbiyyatımızı və mədəni kimliyimizi sıxışdırmağa çalışan strukturların ritorikasına təhlükəli dərəcədə bənzəyir. Bu, təsadüfi paralellik deyil; çünki sən ədəbi fəaliyyəti legitim və qeyri-legitim kateqoriyalara bölməyə çalışırsan. Bu isə ədəbiyyat dilindən çox idarəetmə dilidir.

Bu 183 nəfər nə dövlətə qarşıdır, nə də sənə qarşı şəxsi mübarizə aparır. Onların etirazı bir şəxsin özünü ədəbi təmsilçilik müstəvisində legitimləşdirmə cəhdidir.

Bu imza mədəni susdurmaya yox, sözün azadlığına verilmiş imzadır.

Sərhədləri xəritələr çəkir, ədəbiyyatı isə xalqın yaddaşı.

Və bu yaddaş heç vaxt bir nəfərin iradəsinə tabe olmayacaq.

Rəsul İsməilian
Yazıçı, tənqidçi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri