Təbrizli ayətullah: “SEPAH generallarının yerini Covid peyvəndi ilə tapıblar”
Icma.az, Tribuna portalına istinadən məlumat verir.
Əslən Təbrizdən olan ayətullah Təbrizian qəribə iddia ilə çıxış edib.
Tribunainfo.az xəbər verir ki, o, İsrail tərəfindən öldürülən generalların yerini peyvənd vasitəsi ilə tapıldğını iddia edib.
O bildirib ki, SEPAH generallarına bir neçə ay əvvəl peyvənd vurulub. “Həmin peyvəndlərdə xüsusi izləmə cihazları olub. Elə həmin cihazlar vasitəsi ilə də onlar izlənilib və öldürülüb”.
Təbrizian onu da deyib ki, koronavirus panddemiyası zamanı insanlara vurulmuş peyvəndələr də təhlükəlidir. Onun sözlərinə görə, insanların bədəninə peyvəndlər vasitəsi ilə cihazlar yerləşdirilib. “Həmin peyvəndlər insanları izləməyə imkan verir. Uzun zamandır bunu deyirdik”.
İranlı ayətullah onu da bildirib ki, peyvəndlər haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumatların verilməsi yanlış hərəkət olub. “Əsas günahkarlar peyvəndlər və peyvənd edilmiş insanlar haqqında Ümumdünya Səhiyyə Təşkilatına məlumat verənlərdir. Görünür, həmin məlumat vasitəsilə sionist rejimin əlinə keçib. Bu gün bizim dərman və müalicə mafiyasının boğazından tutub, cəzalandırmağımızın vaxtıdır”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 16 İyun 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















