Təbrizli xanım müğənni oğurlandı
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Güney Azərbaycanda milli mədəniyyətimizi, xüsusən də muğam sənətini təbliğ və tədris edən müğənni Aşqin Emami “yoxa” çıxıb.
Tribunainfo.az xəbər verir ki, xanım Emami dünən ETTELAT əməkdaşları tərəfindən naməlum istiqamətə aparılıb.
Təbrizdəki qaynaqlar onun konkret harada saxlandığı barədə məlumat verilmədiyini bildirib. Elə ailəsinin iki gündür axtarışları da nəticə verməyib.
Xanım müğənninin hansı səbəbdən saxlanıldığı da məlum deyil.
Bildirək ki, Aşqin Emami Təbrizdə muğam kursları təşkil edərək, yeniyetmə və uşaqlara bu musiqi növünün tədrisini həyata keçirib. Əsasən milli geyimimizdə dərs tədirs edən xanəndənin Azərbaycan mədəniyyətini təbliğ və tədris etdiyi üçün saxlanıldığı istisna deyil.
Fərda Uğur
Baxış sayı:100
Bu xəbər 08 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















