Təcavüzdə ittiham olunan fenomenlər ABŞ də saxlanılıb
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial media fenomenləri Endryu və Tristan Teyt ABŞ-nin Florida ştatında saxlanılıblar.
Axşam.az xəbər verir ki, CBS News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, qardaşlar Böyük Britaniya ilə ABŞ arasında qüvvədə olan ekstradisiya sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq çərçivəsində Mayamidə nəzarətə götürülüblər.
Nazirliyin federal hüquq-mühafizə qurumunun sözçüsü Bredi Makkarron isə "Associated Press"ə açıqlamasında saxlanılma ilə bağlı orderin məxfi olduğunu deyib. O, ittihamlarla bağlı əlavə məlumat verməyib.
Qeyd edək ki, Böyük Britaniyada 39 yaşlı Endryu Teyt 7 təcavüz, insan alveri, qəsdən xəsarət yetirmə və uşaq istismarı görüntüləri ilə bağlı çoxsaylı ittihamlarla üz-üzədir.
38 yaşlı Tristan Teyt isə cinsi zorakılıq, iki təcavüz və insan alveri ilə əlaqədar ittiham olunur.
Həm ABŞ, həm də Böyük Britaniya vətəndaşlığına malik olan Teyt qardaşları 2016-cı ildə Rumıniyaya köçüblər. Onlar 2022-ci ildə insan alveri ilə bağlı aparılan istintaq çərçivəsində bu ölkədə də saxlanılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 İyul 2026 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















