Tramp təcavüzdə ittiham olunur
Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsveçrənin keçmiş gözəli Beatris Keul ABŞ Prezidenti Donald Trampı 1993-cü ildə Nyu-Yorkdakı “Plaza” hotelində ona təcavüz etməkdə ittiham edib.
OLAY yazır ki, Keulun iddia edilən hadisə ilə bağlı ifadələri Nümayəndələr Palatasındakı demokratların hesabatında yer alıb. Sənəddə Trampın milyarder Ceffri Epşteynlə mümkün əlaqələrinə dair məlumatlar da qeyd olunub. Ağ Ev isə ittihamlara artıq münasibət bildirib.
Hesabata görə, 1993-cü ilin noyabrında 24 yaşlı Keul model kimi çalışır, eyni zamanda maliyyə xidmətləri sahəsində fəaliyyət göstərirdi. O, Trampın təşkil etdiyi “American Dream Pageant” gözəllik müsabiqəsində iştirak etmək üçün dəvət alıb.
İddialara əsasən, həmin vaxt Trampa məxsus olan “Plaza” hotelində media nümayəndələri üçün təşkil edilən nahar zamanı Tramp Keula yaxınlaşaraq viza almasına və Nyu-York Universitetinə qəbul olunmasına kömək edəcəyini vəd edib. Bir qədər sonra Ceffri Epşteynin də ona yaxınlaşaraq oxşar vədlər verdiyi və Trampın Mar-a-Laqo malikanəsində keçiriləcək məclisə dəvət etdiyi bildirilir.
Hesabata əsasən, həmin gün daha sonra Trampın nümayəndəsi Keulu görüş üçün yuxarı mərtəbəyə dəvət edib. Keulun sözlərinə görə, o, bu görüşün karyerasında irəliləməsinə və təhsil almasına kömək edəcəyini düşünüb. Lakin onun iddiasına görə, hotelin lüks nömrəsinə daxil olduqdan sonra Tramp arxadan onu tutaraq zorlayıb, paltarını cırıb və bədənində çoxsaylı göyərmələr yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 27 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















