Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

PSJ yenidən vahid lider oldu

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqləndi

Təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqləndi

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-də davam etdirilib.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlərin elan olunması ilə davam etdirilib.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.
Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.
Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.
Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakı ifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Aprel döyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən Ermənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub. Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimi Ermənistandan təmin edilib.
A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərə ruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinə getdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri Ermənistanın Müdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib. Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və 44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər, tapşırıqlar onun tərəfindən verilib.
“Toçka-U”, “Smerç”, “Skad” və digər bu tipli raket kompleksləri qondarma rejimin “müdafiə ordusunun” hərbi arsenalında olmayıb. 44 günlük müharibə zamanı iki “Smerç” raket kompleksi Ermənistandan gətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarə edənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub və oradan gətirilib.
Arayik Harutyunyan ibtidai istintaqa ifadəsində qeyd edib ki, Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiə olunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeron yarımadası istiqamətində ballistik raketlərin atılmasına dair əmrlər Ermənistandan verilib.
Bildirilib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı “Mənim əmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbi obyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidən mən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəs əmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşmənin ordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələr endirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədər qərarlıyıq” kimi yazının mətni Ermənistan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi ilə hazırlanaraq ona verilib, o da həmin mətni öz mətbuat katibi Vahram Poqasyana təqdim edərək, onun səhifəsində yerləşdirməyi tapşırıb.
Qeyd edib ki, baş verən proseslərə artıq heç bir təsir imkanının qalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də “istefa verərək” “prezidentlikdən” imtina edib.
Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanın mətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar və ifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdim olunub.
Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
İfadəsinə əsasən qeyd olunub ki, 1988-ci ildən “Azadlıq hərəkatı”nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə “özünümüdafiə qüvvələri”nə qoşulub, 1992-1993-cü illərdə qondarma rejimin “özünümüdafiə komitəsi”nin komandir müavini, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nun “arxa qərargahının komandiri”, 1995-1996-cı illərdə “müdafiə ordusu komandirinin xarici əlaqələr üzrə müavini”, 1996-1997-ci illərdə 10-cu dağlıq piyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin “daxili işlər naziri”, 2001-2007-ci illərdə “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarma rejimin “prezidenti” olub, həmçinin “dövlət naziri vəzifəsi”ni icra edib.
Həmçinin ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı aparılan bütün hərbi əməliyyatlara “özünümüdafiə qüvvələri komitəsinin”, daha sonra “müdafiə ordusunun sədri” olan Serj Sarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan və Vazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyi isə “Dövlət Müdafiə Komitəsi”nin sədri olmuş Robert Köçəryan və Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan edib.
Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Arutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Avqust 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see737

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see542

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see421

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see261

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see201

PSJ yenidən vahid lider oldu

11 Oktyabr 2025 16:12see187

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see158

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see148

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see145

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see143

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see133

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see132

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see128

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see128

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see127

Pəhriz beyin sağlamlığını qorumağa kömək edir

11 Oktyabr 2025 09:33see127

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see125

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see124

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see122

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri