TƏCİLİ: ABŞ İran sülh memorandumunun şərtləri açıqlandı DETALLAR
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ və İran arasında mümkün ikitərəfli sülh memorandumunun detalları üzə çıxıb.
"Yeni Sabah" xəbər verir ki, sənədin layihəsi Axios nəşri tərəfindən yayımlanıb. Layihədə tərəflər arasında mövcud atəşkəs rejiminin daha 60 gün müddətinə uzadılması təklif edilir.
Sənədə əsasən, Vaşinqton İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılması və Tehrana qarşı bəzi sanksiyaların yumşaldılması variantını nəzərdən keçirir. Eyni zamanda, atəşkəs dövründə Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açıq qalacağı və İranın neft ixracını davam etdirə biləcəyi bildirilir. Marqarita pizza
Memorandum layihəsində İranın boğaz ətrafında minalardan təmizləmə işlərinə başlaması da yer alıb. Bununla yanaşı, ABŞ yekun razılaşma əldə olunana qədər regiondakı hərbi iştirakını davam etdirməyi planlaşdırır.
Sənəddə qeyd olunur ki, atəşkəs müddətində Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqları da davam etdirəcək.
Baxış sayı:278
Bu xəbər 24 May 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















