Icma.az
close
up
RU
İran ABŞ sövdələşməsi: Detallar açıqlandı

İran ABŞ sövdələşməsi: Detallar açıqlandı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehran qarşıdakı danışıqlar zamanı Vaşinqtona müvəqqəti nüvə sazişi təklif edə bilər. 

“Cebheinfo.az” “Axios”-a istinadən xəbər verir ki, bu yolla İran ABŞ-nin təhdid etdiyi hərbi eskalasiyadan qaçmağa çalışacaq.İran rəhbərliyi bu imkanı ABŞ Prezidenti Donald Trampın yeni nüvə sazişi üzrə danışıqlar üçün əvvəllər təyin etdiyi iki aylıq müddət fonunda nəzərdən keçirir. Paralel olaraq, Amerika lideri diplomatiya uğursuz olarsa, “başqa bir seçim” üçün Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin artırılmasına göstəriş verib.

Qərb mediasının mənbələri bildiriblər ki, iranlılar iki ay ərzində mürəkkəb və yüksək texniki nüvə sazişinə nail olmağın real olmadığını düşünürlər. Tehran buna görə də eskalasiyanın qarşısını almaq üçün daha çox vaxt istəyir. Beynəlxalq Böhran Qrupunun İran layihəsinin direktoru Əli Vaez “Axios”-a deyib: 

"İranlıların belə təklifindən görünür ki, Prezident Trampın nəzərdə tutduğu vaxt çərçivəsində davamlı razılaşma əldə oluna bilməyəcək. Ola bilsin ki, müvəqqəti razılaşmaya yekun razılaşmaya qədər olan yol kimi baxmaq lazımdır".

Bu arada İranın BMT-dəki missiyası bu mövzu ilə bağlı Qərb mediasına şərh verməkdən imtina edib.“Axios” yazır ki, ABŞ və İran arasında müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi üzrə bəzi fəaliyyətlərinin dayandırılmasını, zənginləşdirilmiş uran ehtiyatının 60% azaldılmasını və BMT müfəttişlərinə İranın nüvə obyektlərinə geniş girişin verilməsini əhatə edə bilər.Mütəxəssislər Qərb jurnalistlərinə bildiriblər ki, bu addımlar İranın nüvə bombası hazırlamaq üçün vaxtını “bir az da uzadacaq”. Lakin onlar hərtərəfli saziş üzrə gələcək danışıqlar üçün etimadın yaradılmasına kömək edə bilərdilər.

Müvəqqəti razılaşma, həmçinin 2015-ci il nüvə sazişinin bir hissəsi olan “geri götürmə” mexanizminin genişləndirilməsini də əhatə edə bilər. İran sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının sanksiyalarını işə salan mexanizm bu ilin oktyabrında başa çatır.“Axios” qeyd edib ki, müvəqqəti razılaşma İranın Trampın ölkə iqtisadiyyatına “maksimum təzyiq” kampaniyasına son qoyması tələbini də daxil edəcək.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: İran ABŞ Tehran

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri