Icma.az
close
up
RU
Təcili! İpoteka faizləri bu səviyyəyə endirilə bilər

Təcili! İpoteka faizləri bu səviyyəyə endirilə bilər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda ipoteka kreditlərinin faiz dərəcələri və şərtləri mənzil almaq istəyən vətəndaşlar üçün əsas maliyyə məsələlərindən biri olaraq qalır. Hazırda dövlət xətti ilə verilən adi ipoteka kreditlərində illik faiz dərəcəsi 8%-dək, güzəştli ipotekada isə 4%-dəkdir.
Bəs Azərbaycan ipoteka faizləri baxımından qonşu ölkələrlə müqayisədə hansı mövqedədir? İpotekanın daha geniş kütlə üçün əlçatan olması üçün faizlərin aşağı salınması, kredit şərtlərinin yüngülləşdirilməsi, yoxsa müddətin uzadılması daha effektiv addım ola bilər?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a bildirib ki, bu istiqamətdə çox ciddi islahatlara ehtiyac var.

Onun sözlərinə görə, hazırda güzəştli ipotekada faiz dərəcəsi 4%-dir.
"Adi ipotekada isə 7–8% arasındadır. Güzəştli ipoteka 3%-ə, adi ipoteka isə 6%-ə endirilə bilər. Bu, bir şərtlə mümkündür ki, bu istiqamətdə əlavə maliyyə mənbələri tapılsın. Çünki hər il ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılan məbləğ məhduddur və bu istiqamətdə yeni mənbələrin tapılması zəruridir. Bu mənbələr Pensiya Fondu, beynəlxalq donor təşkilatları və ya digər dövlət ayırmaları ola bilər. Əgər maliyyələşmənin genişləndirilməsi və ayrılan vəsaitlərin artırılması islahatların bir istiqaməti olarsa, digər istiqamətlər də yaddan çıxarılmamalıdır. Çünki əks təqdirdə bazarda çox böyük qiymət artımı ilə üzləşə bilərik. İpotekaya müraciətlərin sayı arta bilər ki, bu da daşınmaz əmlakın qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər. Biz, eyni zamanda, güzəştli ipoteka məbləğinin 100 min manatdan 150 min manata, adi ipoteka məbləğinin isə 150 min manatdan 300 min manata artırılmasının tərəfdarıyıq. Çünki hazırda mənzil qiymətləri yüksəkdir. Yalnız bu yolla vətəndaşların mənzilə çıxış imkanlarını genişləndirmək olar. Ən azı bir və ya ikiotaqlı mənzillərin alınması üçün məhz kredit məbləğinin artırılması vacib şərtlərdən biridir. İlkin ödənişlə bağlı da dəyişiklik etmək zəruridir. Hazırda minimum ilkin ödəniş 15% olsa da, banklar öz risklərini nəzərə alaraq 20, 25, hətta 30% civarında ilkin ödəniş tələb edirlər. Bu da ipoteka almaq istəyən vətəndaşlar üçün müəyyən problemlərin yaranmasına səbəb olur", - deyə ekspert vurğulayıb.
O, əlavə edib ki, minimum ilkin ödənişin 15%-dən 10%-ə endirilməsi və eyni zamanda bankların əlavə ilkin ödəniş tələbinə 5%-dən artıq limit qoyulması bu istiqamətdə ipotekanın vətəndaşlar üçün daha əlçatan olmasına gətirib çıxara bilər. 
"Yəni ilkin ödəniş 15%-dən artıq olmasa, müraciət edənlərin sayı daha da arta bilər.
Bununla paralel olaraq, tikinti şərtlərinin və tikinti prosesinin təşviqi istiqamətində də islahatların aparılması vacibdir. Çünki qeyd olunan şərtlər həyata keçirilsə, müraciətlərin sayı arta və bayaq qeyd etdiyim kimi, daşınmaz əmlakın qiymətlərində ciddi artım baş verə bilər. Belə olduğu təqdirdə bazar və müştərilər çox ciddi problemlərlə üzləşə bilər. Düşünürəm ki, tikinti həcmi artırılarsa, bu, qiymətlərin tənzimlənməsinə kömək edə bilər. Torpaq sahələri hazırda bahadır. Torpaq sahələrinin tikinti şirkətlərinə tikinti məqsədilə ayrılması üçün müəyyən güzəştlərin, kreditləşmə imkanlarının və ya sosial layihələrin şəbəkəsinin və həcminin genişləndirilməsi istiqamətində addımlar atılarsa, tikinti həcminin artması qiymətlərin tənzimlənməsinə gətirib çıxara bilər", - AQC sədri sözlərinə əlavə edib.
Vüqar Oruc əlavə edib ki, ipoteka müddətinin uzadılmasına gəlincə, bu da müsbət nəticə verə bilər.
"Pensiya yaşı hazırda 65 yaş müəyyən edilib. Gənclər 20 il deyil, 25–30 il müddətində ödəniş etmək imkanına malik olmalıdırlar. Bu istiqamətdə müddətin artırılması həm aylıq ödənişlərin aşağı düşməsinə, həm də əməkhaqqı səviyyəsi nəzərə alınmaqla daha çox vətəndaşın ipoteka krediti almaq imkanının yaranmasına gətirib çıxara bilər. Paralel olaraq, minimum əməkhaqqı səviyyəsinin də artırılması vacib şərtlərdən biridir. Özəl şirkətlərdə real əməkhaqqı hazırda 700–800 manatın üzərindədir. Belə olan təqdirdə bir çox müəssisələr faktiki olaraq yüksək əməkhaqqı versələr də, sənədləşmə zamanı vergidən yayınmaq üçün 400, 450 və ya 500 manat civarında əməkhaqqı göstərirlər. Məsələn, minimum əməkhaqqı 600, 660 və ya 700 manat olarsa, bu problem də müəyyən qədər aradan qalxa bilər və daha çox vətəndaş ipoteka krediti üçün müraciət etmək imkanı əldə edər", - deyə Vüqar Oruc fikrini tamamlayıb.
Nuray Paşşanlı
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri