Icma.az
close
up
RU
İpoteka faizləri azaldılır? KONKRET

İpoteka faizləri azaldılır? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn ildən daha çox vətəndaş ipoteka kreditlərindən faydalana biləcək. Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsindən ipoteka kreditlərinin verilməsi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Növbəti ildə ipoteka faizlərinin azaldılması və şərtlərin yüngülləşdirilməsi gözlənilirmi?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hazırkı ipoteka kreditlərinə ancaq paytaxt kənarı ərazilərdən mənzil almaq mümkündür:

“Sözügedən məsələ bir neçə dəfə qaldırılıb. Birincisi, mənzillərin qiymətində çox ciddi artım baş verib. Bu da onunla nəticələnir ki, əvvəllər ayrılmış vəsaitə şəhərin mərkəzəyaxın hissələrindən mənzillər əldə etmək olurdu, amma indi həmin vəsait daha çox Bakının kənarına uyğun gəlir. Belə olduqda, ipoteka kreditləşməsində daha çox mərkəzdən uzaq yerlər hədəf kimi götürülür. Yəni alıcılar həmin yerlərdə mənzil axtarmalı olurlar.

Əgər ipotekaya 150 min manat ayrılırsa və bu məbləğə faiz etibarı ilə 20-25, bəzi hallarda hətta 30 faiz ilkin ödəniş müəyyən olunursa, bu təxminən 200 min manat civarında mənzil tapmaq məqsədi daşıyır. 200 minə isə şəhərin kənarında ancaq 1 otaqlı mənzil tapmaq olar. Ona görə də, belə bir təşəbbüs irəli sürülmüşdü ki, ipoteka kreditləşməsi üçün məbləğ yüksəldilsin və ən az 200-250 minədək çatdırılsın”.

Vüqar Oruc qeyd edib ki, yaxın gələcəkdə kredit faizlərinin azaldılması mümkün görünmür:

“Digər tərəfdən, Mərkəzi Bankın müəyyən etdiyi orta faiz dərəcələri mövcuddur. Hazırda ipoteka kreditləşməsində göstərilən 7 faiz mövcud iqtisadi duruma uyğun olaraq müəyyənləşdirilir.

Fikrimcə, həmin faizlərin aşağı olması vətəndaşlar üçün daha uyğun olar. Çünki faiz kreditləri aşağı olanda ümumi məbləğə nisbətən, əlavə məbləğ də kifayət qədər yüksək olmur. Amma ölkənin mövcud iqtisadi durumu və hazırki şərtlər bunu o qədər də mümkün etmir. Bu təkcə İpoteka və Kredit Zəmanəti Fondundan asılı olan məsələ də deyil.

Azərbaycan dövləti həmişə vətəndaşlara sosial ədalət və humanizm prinsiplərindən yanaşıb. Bu baxımdan, əgər faizlərin azaldıması ilə bağlı hər hansı bir imkan olacaqsa, təbii ki, bu barədə qərar qəbul edilə bilər. Amma hazırda belə bir məsələnin gündəmdə olduğunu düşünmürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Dekabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri