Təcili! İran bu məsələdə RAZILAŞMADI ABŞ və Körfəz ölkələrinə sərt mesaj
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
İran Xarici İşlər Nazirliyi ABŞ, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Hörmüz boğazı ilə bağlı sərt bəyanat yayıb.
Sitat.info xəbər verir ki, nazirlik ABŞ-Körfəz Əməkdaşlıq Şurası birgə bəyanatını məsuliyyətsiz və təxribat xarakterli adlandıraraq, regionda qarşıdurmanı artıran addımlardan çəkinməyə çağırıb.
Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının idarə olunması, İranla Omanın ərazi suları və sahillərinin təhlükəsizliyi iki ölkə arasında imzalanmış memorandum çərçivəsində təmin ediləcək.
İran ABŞ-ın Körfəz ölkələrinin təhlükəsizliyi ilə bağlı dediklərini həqiqətə uyğun hesab etmədiyini bəyan edib.
Tehran bildirib ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğu region xalqları üçün yükdür və təhlükəsizlik deyil, qeyri-sabitlik və parçalanma mənbəyidir.
Rəsmi Tehran Körfəz ölkələrini öz ərazilərinin və infrastrukturunun İrana qarşı qanunsuz fəaliyyətlərin planlaşdırılması, dəstəklənməsi və ya həyata keçirilməsi üçün istifadəsinə imkan verməməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 26 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















