ABŞ dən Körfəz ölkələrinə müharibə Xəbərdarlığı
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ bir neçə Körfəz ərəb ölkəsinə 3 noyabr aralıq seçkilərindən sonra İrana qarşı “qısa və şiddətli hərbi kampaniya”ya hazırlaşmaq barədə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, ABŞ və İsrail İranı zəiflətmək və danışıqlara məcbur etmək məqsədilə yeni hərbi əməliyyatlara hazırlaşır. ABŞ ordusunun “Patriot” raketdən müdafiə sistemini Texasdan regiona köçürdüyü, sursat ehtiyatlarını artırdığı və qoşunları riskli mövqelərdəki bazalardan çıxardığı bildirilir. Gələn ay Yaxın Şərqdəki ABŞ qüvvələrinə əlavə təyyarədaşıyıcı zərbə qrupu və Dəniz Piyadaları bölməsinin qoşulması gözlənilir.
Mənbələrin məlumatına görə, Prezident Donald Tramp hələ yekun qərar verməyib, lakin İranın infrastrukturu və nüvə obyektlərinə zərbələri nəzərdə tutan genişmiqyaslı hücum variantına daha çox meyllidir.
Ağ Ev hərbi planlarla bağlı şərh verməsə də, Trampın İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Oktyabr 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















