TƏCİLİ: İran İsraillə danışıqlara hazır olduğunu açıqladı KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
İran İsraillə danışıqlara hazırdır, lakin bunun baş verməsi üçün yəhudi dövləti təcavüzünə son qoymalıdır.
KONKRET.az xəbər verir ki, bunu İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında İslam Respublikasının XİN rəhbəri Abbas Araqçı bildirib.
“Diplomatiya keçmişdə işləyib və gələcəkdə də işləyə bilər. Amma biz diplomatiyaya qayıtmazdan əvvəl aqressiya dayandırılmalıdır. Biz 2015-ci ildə olduğu kimi danışıqlara hazırıq”.
Araqçı həmçinin deyib ki, o, ABŞ-ın İrana qarşı hücumlara qoşulmasını çox təhlükəli hesab edir. “ABŞ-ın İrana qarşı hücuma qoşulması çox təəssüfedici və hamı üçün təhlükəli olardı”, – Araqçı vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

İran İsraillə genişmiqyaslı müharibəyə hazır olduğunu bildirib
28 Noyabr 2024 10:58
HƏMAS İsraillə danışıqlarda mövqeyini dəyişməyə hazır olduğunu bildirdi KONKRET
27 İyul 2025 23:17
İran İsraillə münaqişədə itkilərini açıqladı
06 İyul 2025 22:35
“İran təcili danışıqlara başlamalıdır” Tramp
16 İyun 2025 22:54
İran təhdid olacağı təqdirdə İsraillə genişmiqyaslı müharibəyə hazır olduğunu açıqlayıb
28 Noyabr 2024 10:36

