Icma.az
close
up
RU
İran İsraillə genişmiqyaslı müharibəyə hazır olduğunu bildirib

İran İsraillə genişmiqyaslı müharibəyə hazır olduğunu bildirib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran İsraillə birbaşa toqquşmaya can atmır, lakin İslam Respublikasını genişmiqyaslı müharibəyə cəlb etmək üçün yəhudi dövlətinin bütün təhdidlərinə cavab verməyə hazır olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Portuqaliyanın Kaşkays şəhərində BMT-nin Sivilizasiyalar Alyansı forumundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz müharibəyə, hətta irimiqyaslı müharibəyə də hazırıq. Amma biz bunu istəmirik. İsraillilər müharibə yolunu seçsələr, biz buna tam hazır olacağıq”, - deyə Portuqaliyanın "Diário de Notícias" qəzeti onu açıqlamasında gətirdiyi sitatda qeyd edib.

İran diplomatiyasının rəhbəri vurğulayıb ki, Yaxın Şərqdəki münaqişələrin həllinə görə məsuliyyət ilk növbədə ABŞ-ın üzərinə düşür. “İsraillilərin bölgədə törətdikləri vəhşiliklərə, eləcə də Livanda və başqa yerlərdə törətdikləri qırğınlara son qoymaq üçün istənilən səy alqışlanmalıdır. Düşünürəm ki, İsrail bütün regionu genişmiqyaslı müharibəyə sürükləməyə çalışır”, - deyə Əraqçı qeyd edib.

Diplomat həmçinin Livanın cənubunda gedən döyüşlərdən iki ay sonra İranın müttəfiqi şiə Hizbullah hərəkatının zəiflədiyi fikrini də rədd edib. “Əgər o zəifləsəydi, mən düşünmürəm ki, İsrail atəşkəsə razı olmazdı. Aydındır ki, Hizbullah İsrail qüvvələri ilə qarşılaşdıqda Livanın cənubunda yenidən təşkilatlanaraq qəhrəmancasına müqavimət göstərə bilib”, - deyib.

Əraqçinin sözlərinə görə, sentyabrın 27-də İsrailin Beyrutu bombalaması nəticəsində hərəkat lideri Həsən Nəsrullahın öldürülməsi də Hizbullahın imkanlarını azaltmayıb. “Hər dəfə (Hizbullah) liderlərini və ya komandirlərini itirəndə yenidən güclərini səfərbər edir. Hizbullah Livanda əsas güc mərkəzidir”, - deyə nazir bildirib.

Bundan əvvəl İslam Respublikasının prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, İran Yaxın Şərqdə genişmiqyaslı silahlı münaqişədə maraqlı deyil, onun təhlükəsizliyini həmişə təmin edəcək.

İsrail və Livan arasında 2023-cü il oktyabrın 8-də hərbi əməliyyatların başlamasından sonra ilk atəşkəs haqqında razılaşma noyabrın 27-də Moskva vaxtı ilə saat 05:00-da qüvvəyə minib. ABŞ prezidenti Co Baydenin açıqladığı kimi, İsrail ilə Livanın şiə təşkilatı Hizbullah arasında razılaşmalar Livan qüvvələrinin 60 gün ərzində öz ərazisi üzərində nəzarəti bərpa etməsini nəzərdə tutur.

Bundan sonra İsrail ordusu tədricən Livan ərazisindən geri çəkiləcək və hər iki tərəfdən mülki əhali tezliklə öz yaşayış yerlərinə təhlükəsiz qayıdacaq və onları yenidən qurmağa başlayacaq.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri