Icma.az
close
up
RU
TƏCİLİ! PKK nın qərarını tanımadılar: Bölgə QAN ÇANAĞINA dönə bilər KONKRET

TƏCİLİ! PKK nın qərarını tanımadılar: Bölgə QAN ÇANAĞINA dönə bilər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

PKK-nın özünü buraxması və silahı yerə qoymasından sonra diqqət təşkilatın digər ölkələrdəki qollarına yönəlib.

KONKRET.az xəbər verir ki, terror təşkilatı PKK-nın Abdullah Öcalanın çağırışı ilə özünü buraxaraq silahı yerə qoyması qərarından sonra, diqqətlər onun Suriya və İran kimi ölkələrdəki uzantılarına çevrilib.

“YPG Suriya ilə razılaşdı”

PKK-nın Suriyadakı qolu olan PYD/YPG/SDG Əsəd rejimindən sonra hakimiyyətə gələn və Əhməd Şaraanın rəhbərlik etdiyi yeni Şam hökuməti ilə danışıqlar apararaq 8 maddəlik bir razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, YPG/SDG-yə bağlı silahlılar öz silahlarını Suriya hökumətinə təhvil verəcək və yaradılacaq yeni Suriya ordusuna inteqrasiya olunacaqlar.

PJAK: “Fəaliyyətimizi dayandırmayacağıq”

PKK-nın İranda fəaliyyət göstərən qolu olan PJAK isə bu qərara tabe olmayacaqlarını bildirib. Təşkilatın həmsədri Amir Kərimi, Öcalanın çağırışını “Yaxın Şərqdə kürd məsələsinin həlli üçün mühüm və müsbət bir addım” kimi dəyərləndirdiklərini, lakin İran rejiminə qarşı silahlı mübarizəni davam etdirəcəklərini vurğulayıb:

“Biz PJAK olaraq nə silahlarımızı təhvil verəcəyik, nə də özümüzü buraxacağıq. PKK-nın qərarı yalnız onları bağlayır, bizi isə yox. PJAK-ın bu məsələdə mövqeyi fərqlidir.”

PJAK nədir?

PJAK (Kürdüstan Azad Həyat Partiyası) 2004-cü ildən İranda fəaliyyət göstərir. Təşkilatın 2–3 min arası üzvü olduğu təxmin edilir. İran–İraq sərhədi boyunca dağlıq ərazilərdə fəaliyyət göstərən bu silahlı qruplaşma, Tehran, Ankara və Vaşinqton tərəfindən terror təşkilatı kimi tanınır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri