TƏCİLİ: Rusiya bu ölkəylə təhlükəsizlik zəmanətləri sazişini təsdiqlədi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiya prezidenti Vladimir Putin Belarusla təhlükəsizlik təminatı haqqında sazişi təsdiq edən qanunu imzalayıb.
Turkustan.az xəbər verir ki, Putinin imzaladığı qanun Rusiya Dövlət Qanunvericilik İnformasiya Sistemində dərc olunub.
Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətləri haqqında sazişə əsasən, iki ölkə İttifaq dövləti çərçivəsində beynəlxalq hüquq çərçivəsində bir-birini dəstəkləyəcək. Hücum olacağı təqdirdə, hərbi, siyasi və digər sahələrdə lazımi tədbirləri görərək, var gücləri və vasitələri ilə bir-birlərini qoruyacaqlar.
Müqaviləyə əsasən, Rusiyanın nüvə silahı Belarusu qorumaq üçün də istifadə oluna bilər.
Belarus ərazisində yerləşdirilən nüvə silahının istifadəsi ilə bağlı qərar iki dövlətin müəyyən etdiyi prosedura uyğun olaraq qəbul ediləcək.
Bildirək ki, Rusiya prezidenti Putin və Belarus prezidenti Aleksandr Lukaşenko 2024-cü il dekabrın 6-da iki dövlət arasında təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 01 Mart 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















