Azərbaycan bu ölkəylə vizasız gediş gəliş əldə edə bilər
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli sazişin imzalanması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop "Report"un yerli bürosuna müsahibəsində deyib.
Səfir iki ölkə arasındakı turizm əlaqələrinə toxunub:
"Ölkələrimiz arasında turizm əlaqələrinə gəldikdə, cəmi iki həftə əvvəl Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə çox məhsuldar onlayn görüş keçirdik. Agentliyin rəhbərliyi ilə danışıqlar zamanı qarşılıqlı biznes və tanışlıq səfərlərinin təşkil olunması barədə razılığa gəldik.
Bu səfərlər çərçivəsində Azərbaycan və Seneqal arasında turist axınının asanlaşdırılmasına, vizasız və ya sadələşdirilmiş səfərlərin mümkün olmasına yönəlmiş ikitərəfli saziş imzalamağı planlaşdırırıq. Məqsədimiz iki ölkə arasında səyahətləri mümkün qədər asanlaşdırmaq, azərbaycanlıları Seneqala, seneqallıları isə Azərbaycana səfər etməyə təşviq etməklə qarşılıqlı turizm mübadiləsini inkişaf etdirməkdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 Avqust 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















