Icma.az
close
up
RU
Təcili tibbi yardım niyə gecikir? Rəsmi açıqlama

Təcili tibbi yardım niyə gecikir? Rəsmi açıqlama

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar xəstəliklərin çoxalması səbəbilə təcili yardıma müraciət edənlərin sayı artıb. Ancaq vətəndaşların əksəriyyəti bildirir ki, zəngimizin üstündən 40-45 dəqiqə keçməsinə baxmayaraq, təcili yardım gəlmir. Yenidən zəng etdikdə isə operator hələ təcili yardımın təyin olunmadığını bildirir. Bir sözlə, adı təcili yardım olsa da, xidmət qeyd olunan ünvana 1 saatdan tez çatmır. Buna səbəb isə həkim çatışmazlığı göstərilir.

Doğrudanmı, ambulansların gecikməsinə səbəb həkim çatışmazlığıdır?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Metbuat.az-ın sorğusunu cavablandırıb.

Qurumdan bildirilib ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir:

“Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır”.

Həmçinin qeyd olunub ki, gün ərzində icra olunan çağırışların sayı 2 000 - 2 500 civarında olur:

“Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10 - 15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət sayda nəticəsiz çağırışlar da müşahidə edilir. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır. Bundan əlavə qeyd etməliyik ki, ölkə üzrə ixtisaslı həkim kadrların çatışmazlığı da müşahidə olunur”.

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva da açıqlamasında söyləyib ki, ölkəmizdə səhiyyə sistemdə insan resursları, yəni, kadr çatışmazlığı mövcuddur:

“Bu çatışmazlıq əsasən regionlarda özünü daha qabarıq biruzə verir. Buna səbəb kimi regionlarda, kəndlərdə çalışmağın tibb işçiləri tərəfindən perspektivli görülməməsi, onların daha çox iri şəhərlərdə çalışmağa üstünlük verməsi, son illərdə tibb sahəsində beyin köçü və s. kimi amilləri göstərmək olar”.

Millət vəkilinin sözlərinə görə, Təcili və Təxirəsalınmaz Tibbi yardım (TTTY) xidmətində çalışan həkimlərin əmək haqlarının az olması, lakin görülən işin həm riskli, həm də böyük məsuliyyət tələb etməsi tibb kadrları tərəfindən bu sahəyə marağın olmamasına gətirib çıxarıb:

“Nəticədə sahə üzrə çalışan tibb heyətinin sayında azalma yaranıb. Üstəlik TTTY stansiyalarına daxil olan əsassız müraciətlərin sayı da artdığına görə müraciətlərin ətraflı araşdırılması müəyyən vaxt ala bilər. Digər bir faktor isə mövsümi xəstəliklərin yayılması zamanı çağırışların çox olmasıdır. Çağırışların intensivliyinin artması və tələbata uyğun sayda mütəxəssis olmaması səbəbindən çağırışa çatma müddəti uzana bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:317
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri