Icma.az
close
up
RU
Təcili tibbi yardımın çağırışa gecikmə səbəbi BU İMİŞ Rəsmi AÇIQLAMA

Təcili tibbi yardımın çağırışa gecikmə səbəbi BU İMİŞ Rəsmi AÇIQLAMA

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təcili tibbi yardım xidmətindən şikayətlər bitmir. Hələ də müxtəlif ərazilərdə təcili tibbi yardım ünvana gecikir. Ya yetəri sayda təcili tibbi yardım maşınlarının olmadığı, ya da yollarda tıxac olduğu səbəb gətirilir.  İstənilən halda problem mövcudluğunu davam etməkdədir.
Bu günlərdə dünyasını dəyişən 9 yaşlı Zəhra Hacıyevanın anası Əfsanə Hacıyeva da mətbuta açıqlamasında yanvarın 27-si axşam saat 6 radələrində qızının halının qəfil pisləşdiyini və təcili yardım çağırsalar da, gecikdiyini bildirmişdi. Ananın sözlərinə görə, 40 dəqiqə təcili yardımın gəlməyini gözləyiblər, lakin gələn olmayıb və qızını özləri xəstəxanaya çatdırıblar. O deyib ki, təcili yardım gecikməsə, bəlkə də qızının həyatını xilas etmək mümkün olardı.
Maraqlıdır, təcili yardım maşınlarına bütün yollarda “yaşıl işıq” olduğu və mərhələlərlə təcili tibbi yardım maşınlarının sayı artırıldığı halda gecikməyə səbəb nədir? Niyə bu məsələ kökündən həll olunmur?
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır:
“Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır. Gün ərzində icra olunan çağırışların sayı 2 000-2 500 civarında olur. Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10-15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır”.
TƏBİB-dən ölkə üzrə ixtisaslı həkim kadrların çatışmazlığının olduğu da qeyd edilib.
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri