Həmin təcili yardım maşınları yararsız imiş RƏSMİ AÇIQLAMA VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə təcili tibbi yardım maşınlarının Şuşanın dağlıq ərazilərində çəkilmiş görüntüləri yayılıb.
Lent.az xəbər verir ki, kadrlarda sürücülərin xidməti avtomobillərlə yol kənarında dayanıb istirahət etdiyi görünür. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəzi izləyicilər təcili tibbi yardım maşınlarının yalnız çağırışlara xidmət etməli olduğunu bildirərək hadisəyə narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, kadrlar 2–3 il əvvəl lentə alınıb və hazırkı vəziyyəti əks etdirmir:
"Sözügedən təcili tibbi yardım avtomobilləri həmin dövrdə Şuşaya göndərilsə də, sonradan texniki nasazlıq səbəbindən istismara yararsız hesab olunub. Bu səbəbdən avtomobillər işlək vəziyyətdə olan digər təcili tibbi yardım avtomobilləri ilə əvəz edilib. Hazırda həmin avtomobillər Sumqayıt mərkəzi qarajında saxlanılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 29 İyul 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















