Təcrübəsiz sürücü dəhşət yaratdı: Yol kənarında oturan 5 nəfəri vurdu
Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanın Haryana əyalətində sürücülük təhsili alan bir şəxs idarədən çıxan avtomobili ilə yol kənarında oturan 5 nəfəri vurub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, iki nəfərin ağır yaralandığı qəza anbaan təhlükəsizlik kameralarına düşüb.
Kaithal şəhərində baş verən hadisədə taxıl bazarının yaxınlığında avtomobil idarə etməyi öyrənməyə çalışan sürücü əyləci basmaq əvəzinə səhvən qaza basıb. Avtomobil idarəetmədən çıxaraq yol kənarında oturan 5 ticarətçiyə doğru irəliləyib.
Təhlükəsizlik kamerası görüntülərində 3 nəfərin zərbədən dərhal ayağa qalxdığı, digər iki nəfərin isə bir müddət avtomobilin altında sürükləndiyi görünür. Ağır yaralanan iki nəfər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə şahidləri qəzanın baş verdiyi ərazinin sürücü hazırlığı üçün uyğun olmadığını bildirərək, səlahiyyətlilərin lazımi tədbir görməli olduğunu vurğulayıblar.
Vüsalə İbrahimli
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 07 Yanvar 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















