Icma.az
close
up
RU
Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...

Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Məlumdu ki, “Sabah”, “Qarabağ” və “Zirə”nin avrokubok matçlarının taleyi həm də hakimlərin qərarlarından asılıdı. Əlbəttə, arzumuz oyunların ədalət prinsipləri əsasənda idarə edilməsi, daha dəqiqi, komandalarımızın haqqının hansısa səbəbdən yeyilməməsidi.

Təbii ki, bu məqamda həm də “qarapaltarlılar”ın təcrübəsi ön plana çıxır. Odu ki, həmin referilər haqda daha ətraflı məlumat verməyə çalışacağıq.
Patrik Qritseviç. Polşalı “fit sahibi” 1995-ci ildə Torun şəhərində anadan olub. Ədalət təmsilçisi Polşanın ünlü futzal hakimlərindən Yaroslav Qritseviçin övladıdı. Karyerasına 3-cü liqada başlayan referi qısa müddətdə özünü sübut edə bilib. Qritseviç ilk oyununu 2018-ci ildə idarə edib. 2022-ci ildə əsas çempionatda debüt edən polşalı 2024-cü ildən FİFA referisi statusu alıb. Sözügedən hakim Ekstraklasada keçirdiyi 53 matçda 252 sarı, 11 qırmızı vərəqə göstərib.
Qritseviçin beynəlxalq karyerası o qədər də zəngin deyil. Ümumiyyətlə, “Sabah”ın matçı onun Çempionlar Liqasında debütüylə əlamədar olacaq. Konfrans Liqasının təsnifat mərhələsində 1 oyun idarə edən hakim hələ Avropa Liqasında debüt etməyib. Kəsəsi, Qritseviç üçün avrokuboklar karyerasında yenicə açılan səhifədi. Amma o, beynəlxalq yoldaşlıq oyunlarında, Gənclər Liqasında, 17 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki matçlarında iş başında olub. Qritseviç ilk dəfə təmsilçilərimizdən birinin qarşılaşmasında forma geyəcək.
Ümumiyyətlə, bu hakim karyerası ərzində 180 matç idarə edib. Həmin görüşlərdə futbolçuları 920 sarı, 49 qırmızı vərəqə ilə cəzalandırıb.
Roman Jitari. Moldovalı 1990-cı ildə dünyaya göz açıb. Hakim karyerasına birinci liqadan başlayan Jitari burda cəmi 3 oyun idarə etdikdən sonra superliqa matçlarında iş başında olub. O, bu çərçivədə keçirdiyi 50 matçda 203 sarı, 6 qırmızı vərəqəylə yadda qalıb.
Jitarinin beynəxalq karyerası zəngin deyil. İndiyə qədər Konfrans və Çempionlar Liqasının təsnifat mərhələlərində idarəçilik edən referi ilk dəfə Avropa Liqasında iş başında olacaq. Bundan başqa, ədalət təmsilçisi Gənclər Liqasında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsindəki matçlarda fəaliyyət göstərib. Maraq üçün qeyd edək ki, Jitari ötən ay Moldova ilə Bolqarıstan arasında keçirilən, bizim Tural Qurbanovun baş hakimi olduğu yoldaşlıq görüşündə dördüncü hakim olub. Referi həmin vəzifəni 2022-ci ildə Moldova ilə Azərbaycan millilərinin qarşılaşdığı beynəlxalq yoldaşlıq matçında da icra edib.
Ümumiyyətlə, Jitari karyerası ərzində 90 matçda iş başında olub. O, bu qarşılaşmalarda 345 sarı, 13 qırmızı vərəqə göstərib.
Yani Hüytiya. Fin hakim 1988-ci ildə Turkuda dünyaya göz açıb. Yüksək liqada ilk matçını 2017-ci ildə keçirib. Ədalət təmsilçisi bu çərçivədə iş başında olduğu 110 qarşılaşmada oyunçulara 421 sarı, 17 qırmızı vərəqə göstərib.
Hüytiya 2021-ci ildən bəri FİFA referisidi. Hələ Avropa Liqasında debüt edə bilməyən “fit sahibi” Konfrans Liqasının təsnifat və əsas, Çempionlar Liqasının yalnız təsnifat mərhələlərində iş başında olub. Hakim bundan başqa Gənclər Liqasında, 17, 19 və 21 yaşadək futbolçuların Avropa çempionatlarında oyunlar idarə edib. Hüytiya beynəlxalq yoldaşlıq görüşlərində də forma geyib. Maraq üçün qeyd edək ki, “qarapaltarlı”nın xidmətində latviya və Farer adaları kimi ölkələrdə də ehtiyac duyulub.
Ümumiyyətlə, Hüytiya indiyə qədər idarə etdiyi 276 qarşılaşmada futbolçuları 950 sarı, 45 qırmızı vərəqə ilə üzüb.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 İyul 2026 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri