Icma.az
close
up
RU
Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub

Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səudiyyə İrs Təşkilatının çərşənbə günü açıqladığı tədqiqat nəticələrinə görə, bu ölkənin ərazisi bir vaxtlar çaylar, göllər və bol vəhşi təbiətlə dolu yaşıl bir vahə olub. “Nature” jurnalında dərc edilən araşdırma göstərir ki, Ərəbistan yarımadasının quraq səhraları səkkiz milyon il əvvəl sıx bitki örtüyü və güclü yağışlarla xarakterizə olunan sulu və qonaqpərvər məkan imiş.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə İrs Təşkilatının mətbuat konfransında professor Əcəb Əl-Otaibi bildirib: “Tədqiqat mağara yataqlarına əsaslanan Ərəbistan yarımadasında ən uzun iqlim rekordunu aşkar edib ki, bu da səkkiz milyon illik çox uzun bir dövrü əhatə edən dünyanın ən uzun iqlim rekordlarından biridir".

Tədqiqat elmi araşdırmaları artırmaq və Ərəbistan yarımadasının təbii və mədəni tarixini sənədləşdirmək məqsədi daşıyan bir təşəbbüs olan “Yaşıl Ərəbistan” layihəsinin bir hissəsidir. Bu çərçivədə 27 müxtəlif yerli və beynəlxalq qurumdan 30 tədqiqatçı, o cümlədən Səudiyyə İrs Təşkilatı, Səudiyyə Geoloji Tədqiqatı, Kral Səud Universiteti, Almaniyadakı Maks Plank İnstitutu və Almaniya, İtaliya, İngiltərə və ABŞ daxil olmaqla bir sıra ölkələrdən universitet və tədqiqat mərkəzləri iştirak edib.

“Ərəbistan yarımadasında səkkiz milyon il ərzində təkrarlanan rütubət dövrləri” adlı araşdırma mərkəzi Ərəbistanın həddindən artıq quru ərazilərindəki mağara çöküntülərindən çıxarılan dəlillərə əsaslanıb. Tədqiqatçılar Ər-Riyad bölgəsinin şimal-şərqində, Ramah əyalətindəki Şaviyə şəhərinin mərkəzinə yaxın ərazidə yerləşən Duhol əs-Samman kimi tanınan 22 mağara quruluşunu təhlil ediblər. Bu mağaralar bölgə üçün mövcud olan ən qədim yerüstü yaşayış məskənlərindən birinə çevrilmişdi.

Kalsium karbonat yataqları da daxil olmaqla mağara formasiyalarında kimyəvi yataqların dəqiq analizindən istifadə edən tədqiqatçılar bu formasiyaların yaşını dəqiq müəyyən etmək və rütubətli dövrləri aşkarlamaq məqsədilə təhlillər aparıblar. Onlar, həmçinin zamanla yağış və bitki örtüyünün dəyişməsi göstəricilərini aydınlaşdırmaq üçün oksigen və karbon izotoplarını təhlil ediblər.

“Yaşıl Ərəbistan” layihəsinin rəhbəri Abdullah əş-Şərix bildirib ki, sahə tədqiqatları qlobal səviyyədə tanınan möhkəm elmi texnikaya əsaslanır. O əlavə edib: “Ərəbistan yarımadası, bir çox coğrafi ərazilər kimi, tarix boyu qlobal iqlim təsirlərinə məruz qalıb. Bu dəyişikliklər Ərəbistan yarımadasında rütubətli və quru və ya yarı quru iqlim dövrlərinin dəyişməsinə səbəb olub və bu, rütubətli dövrlərin bölgədə milyonlarla ildir təkrarlanan bir fenomen olduğunu təsdiqləyir".

Bu rütubətli fazaların ən qədimi, təxminən səkkiz milyon il əvvələ - Miosen epoxasına aiddir və Pliosen dövründə davam edib. “Təhlillər nəticəsində güclü yağışla xarakterizə olunan bir neçə rütubətli faza müəyyən edilib", - deyə əş-Şərix əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:404
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri