Tədqiqatçılar bu dəfə süni intellektə unutmağı” öyrətdilər
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Süni intellektlə bağlı tədqiqatlar yeni bir mərhələyə keçib. Alimlər bu dəfə süni intellekt sistemlərinə insan beyni kimi unutma qabiliyyəti qazandırmağı bacarıblar.
Yenisabah.az xəbər verir ki, ABŞ-ın Nyu-York Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma nəticəsində süni intellekt modellərinə unutmaq funksiyası əlavə olunub. Tədqiqatçılar bu addımın süni intellektin daha çevik və real qərarlar verməsinə imkan yaradacağını bildiriblər.
Tədqiqatda qeyd olunur ki, indiyə qədər süni intellekt sistemləri öyrəndikləri hər məlumatı yadda saxlayırdı. Lakin bu, zamanla onların qərarvermə mexanizmini ləngidir və səhv riskini artırırdı. Yeni model isə vacib olmayan və ya köhnəlmiş məlumatları silməklə, daha sürətli və dəqiq nəticələr əldə etməyə şərait yaradacaq. Toyuqlu pizza
Mütəxəssislər bu texnologiyanın gələcəkdə robototexnika, səhiyyə və təhlükəsizlik sahələrində geniş tətbiq ediləcəyini vurğulayıblar.
Aydan Hacı


