Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

“Təəssüf ki, mediamızda Güney Azərbaycanın gələcəyi problemi yetərincə peşəkar təhlil oluna bilmir. Çünki...”

“Təəssüf ki, mediamızda Güney Azərbaycanın gələcəyi problemi yetərincə peşəkar təhlil oluna bilmir. Çünki...”

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əksinə, İranın daxilində həm ölkənin, xüsusən də oradakı soydaşlarımızın gələcəyi ilə bağlı proseslərə hazırlanan məlum qruplar var...”

“Pezeşkian bu gün hələlik siyasi meydanda qalır.  Amma görünən odur ki, onun mütəşəkkil arxası yoxdur. Siyasi dayaqları zəifdir. Amma fikrimcə...”

"Güney Azərbaycanda və ümumilikdə, İrandakı soydaşlarımızın gələcəyi ilə bağlı mən dəfələrlə demişəm ki, bu məsələ Azərbaycan dövlətinin diqqət mərkəzində olmalıdır. Amma son müharibə günlərində  görünən odur ki, bizim mediada da Güney Azərbaycanla, ümumiyyətlə, İranla bağlı məsələlər kifayət qədər peşəkar səviyyədə təhlil oluna bilmir. Çünki İranla, Güneylə məşğul olan mütəxəssislərimiz yox səviyyəsindədir. Onların sayı bir əlin barmaqlarıyla sayılacaq qədərdir. Ona görə də Güney Azərbaycan-İran probleminin təhlili üçün bizim jurnalistlərimiz digər dövlətlərin təhlilçilərinə müraciət etməyə məcbur olur və onların təhlillərinin nəticələrindən çıxış etmək zorunda qalırlar.”

Bu mülahizələri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov “ABŞ-İsrail cütlüyünün İrana qarşı artıq 4-cü gündür davam edən savaşı fonunda Güney Azərbaycandakı soydaşlarımızın, yəni Azərbaycan türklərinin taleyini necə görürsüz?” sualını cavablandırarkən səsləndirib.

“Ümumilikdə Azərbaycan cəmiyyətinin öncədən- on illər boyu İranda baş verən hadisə və proseslərə hazırlanması da bizim dövlət qurumlarının vəzifəsi idi. Təəssüf ki, onlar bu vəzifəni də yerinə yetirmədilər. Əslində indiyədək cəmiyyətin bu mövzuya hazırlanması üçün müvafiq mütəxəssislər yetişdirilməli idi ki, lazım olanda həm dövlət, həm media, həm də bütövlükdə cəmiyyət həmin mütəxəssislərdən yetərincə faydalana bilinsin. Amma nə yazıqlar ki, bu, baş verməyib. Odur ki, hər şey sanki taleyin ümidinə buraxılıb”, - deyə davamında partiya lideri diqqətə çatdırıb. 

Siyasətçi təəssüf hissi ilə bildirib ki, əksinə, İranın daxilində həm ölkənin, xüsusən də oradakı soydaşlarımızın gələcəyi ilə bağlı proseslərə hazırlanan məlum qruplar var:  

“Özü də onlar Azərbaycana qarşı dost olmayan qüvvələrdir... Hesab edirəm ki, həmin qüvvələrin cənubdakı Azərbaycan türklərinə vura biləcəyi zərbələr həmçinin Azərbaycana, Azərbaycan dövlətinə, bizim milli heysiyyatımıza qarşı yönələcək. Mən bundan çox ehtiyatlanıram və İrandakı olayları çox narahatlıqla izləyirəm. Çox təəssüf ki, deyilən təhlükələr gözlənilir..."

“Bəs bizim hazırda İran prezidenti kimi hakimiyyətdə olan soydaşımız Məsud Pezeşkianın taleyini necə görürsünüz? O, bundan sonra siyasi meydanda qalıb azərbaycanlıların gələcəyinə yönəlik nəsə bir iş görə biləcəkmi?” sualına isə Etibar Məmmədov belə cavab verib:

“Pezeşkian bu gün hələlik siyasi meydanda qalır.  Amma görünən odur ki, onun mütəşəkkil arxası yoxdur. Siyasi dayaqları zəifdir. Amma fikrimcə, hər şey İranda ordunun mövqeyindən asılı olacaq. İndiyədək həm bütövlükdə İran xalqına, xüsusən də soydaşlarımıza qarşı cinayətkar mövqedə olan “SEPAH” həmin cinayətlərini davam etdirir. Mollakratiyanın əsas dayağı “SEPAH” olduğundan elə müharibə də əsasən həmin qurumla ABŞ-İsrail arasında gedir. Ayrıca İran ordusu hələ ki, siyasi mövqeyini bildirməyib. Fikrimcə, daxili böhran daha da dərinləşəndə  həlledici sözü məhz ordu deyəcək. Və ümid etmək olar ki, ordunun içərisindən də Pezeşkianın tərəfdarları meydana çıxa bilər...”

Təqdim etdi: Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri