Icma.az
close
up
RU
Şahruddinin açıqlamaları bizdə təəssüf hissi yaratdı, çünki fikirləri reallığı əks etdirmir İmişli rəsmisi

Şahruddinin açıqlamaları bizdə təəssüf hissi yaratdı, çünki fikirləri reallığı əks etdirmir İmişli rəsmisi

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İmişli" klubunun meneceri İlkin Əhmədov Sportal.az saytına müsahibə verib:

- "İmişli"nin birinci dövrədəki çıxışını necə dəyərləndirirsiniz? Premyer Liqada ilk mövsümünü keçirən komanda 11 turdan sonra 12 xal toplayıb. Bu nəticə sizi qane edir?

- İlk dövrəni ümumilikdə qənaətbəxş qiymətləndiririk. Təbii ki, itirilən xallar,  xüsusilə də texniki məğlubiyyət bizim üçün ciddi dərs oldu və bu cür səhvlərin təkrarlanmaması üçün bütün tədbirlər görülüb. Ümumi gözləntilərimiz əsasən doğrulub. Növbəti dövrədə daha yaxşı nəticələr əldə etmək üçün maksimum səylə çalışacağıq.

- "İmişli"nin bu mövsüm üçün və gələcək üçün hədəfləri nədir? 

- “İmişli”nin hədəfi dəyişməz olaraq qalır. Biz Liqada 5–8-ci yerlər uğrunda mübarizə aparırıq. Kubokda isə məqsədimiz ən azı yarımfinal mərhələsinə yüksəlməkdir. Bundan əlavə, Milli və U-21 yığmalarına futbolçu qazandırmağı da prioritet hesab edirik ki, komandamızın oyunçuları ölkə futbolunda daha geniş təmsil olunsun.

- "İmişli"dən milli komandaya dəvət alan futbolçu yoxdur. Bunu necə şərh edərdiniz?

- Əslində bizim milli komandaya namizəd bir sıra futbolçularımız var. Azər Salahlı, Abbas Ağazadə, təəssüf ki, “Kəpəz”lə oyunda zədələnən və potensial namizədlərdən biri olan Vüsal Qənbərov, eləcə də Həzrət İsayev. U-21 yığması üçün isə Tuncay Yusifli əsas namizədlərdəndir. Seçim təbii ki, milli komandanın məşqçi heyətinin qərarına bağlıdır və biz bu qərarlara hörmətlə yanaşırıq. Ümid edirik ki, növbəti toplanlışlarda sözügedən futbolçularımız da dəvət alacaq və milli formanı layiqincə təmsil edəcəklər. Əlbəttə, biz istərdik ki, daha çox oyunçumuz milliyə qatılıb ölkə futboluna töhfə versin. Lakin yekun qərar məşqçilərə məxsusdur və onların seçimlərinə hörmət edirik.

- "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Fransa ilə oyundan sonra verdiyi müsahibədə bildirdi ki, Premyer Liqada komanda sayı artırılanda daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü, ancaq "İmişli" yerli oyunçulara az şans verir. Şahruddinin fikirlərinə cavab vermək istəyirsiz?

- Təbii ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan futbolunda mühüm rola malikdir. O, həm “Qarabağ”ın, həm də milli komandamızın heyətində bir çox yüksək səviyyəli oyunlar sərgiləyib. Lakin onun son açıqlamaları bizdə təəssüf hissi yaratdı, çünki söylədiyi fikirlər reallığı əks etdirmir. “İmişli”nin heyətində cəmi 10 legioner var ki, bu göstərici Premyer Liqa klubları arasında ən aşağı rəqəmlərdən biridir. Bizdən daha az legionerə malik yeganə komanda “Qəbələ”dir. Onların heyətində  isə 9 legioner mövcuddur. Yəni praktiki olaraq, ən çox yerli futbolçu oynadan komandalar sırasında yer alırıq. Bundan əlavə, qeyd edək ki, mövsümün əvvəlində bir çox Azərbaycan klublarına müraciət edərək yerli futbolçuların icarəyə verilməsini xahiş etmişdik. Təəssüf ki, heç bir klub bizə oyunçu vermədi. Halbuki həmin komandaların ehtiyat oyunçuları arasında kifayət qədər yerli futbolçu var idi və biz onlarla maraqlanmışdıq. Nəticə etibarilə, çempionata mövcud resurslarla qatılmaq məcburiyyətində qaldıq. Bu səbəbdən Şahruddinin legioner sayı ilə bağlı səsləndirdiyi  iddialar reallığı əks etdirmir. Çünki biz klub olaraq yerli futbolçulara geniş meydan vermək üçün daim davamlı səylər göstəririk.

- Qış transfer pəncərəsi üçün planlar cızılıb? Komandaya yeni oyunçular cəlb olunacaq?

- Təbii ki, qış transfer dönəmində heyətə yeni oyunçuların cəlb olunması nəzərdə tutulur. Məşqçi heyəti bu məsələ ilə bağlı rəhbərliklə müzakirələr aparır. Transfer pəncərəsi açılar-açılmaz əsas diqqətimizi yeni, əsasən də yerli futbolçuların komandaya gətirilməsinə yönəldəcəyik. Bu istiqamətdə işlərimiz ardıcıl şəkildə davam etdiriləcək.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sportal.az
archiveBu xəbər 20 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri