Təhlükə keçməyib: İstanbulda binalar çat verir, insanlar məktəblərə köçürülür
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.
“378 struktur zədələnməsi ilə bağlı bildiriş daxil olub. Qeyd edim ki, İstanbulda 7,5 milyondan çox yaşayış evi var. Bildirişlər əsasında dərhal yoxlamalara başladıq. Ehtiyat tədbiri olaraq 12 bina, o cümlədən Fatih rayonundakı bir tərk edilmiş bina boşaldılıb”, – nazir deyib.
Onun sözlərinə görə, növbəti dörd gün ərzində mütəxəssislər binalarda ətraflı araşdırmalar aparacaqlar. Bu müddət ərzində istək əsasında vətəndaşlara məktəblərdə gecələməyə şərait yaradılıb. Qeyd edək ki, həmin məktəblərdə cümə gününə qədər dərs keçirilməyəcək.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















