Icma.az
close
up
RU
Yaşlı insanlar təhlükə altındadır

Yaşlı insanlar təhlükə altındadır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya əhalisi sürətlə qocalır. 2023-cü ildə dünyada 1,1 milyard insan 60 və ya daha yuxarı yaşda idisə, bu rəqəmin 2050-ci ilə qədər təxminən ikiqat artaraq 2,1 milyarda çatacağı proqnozlaşdırılır ki, bu da qlobal miqyasda hər beş nəfərdən birini təşkil edir. 2060-cı illərin sonlarına qədər 60 və daha yuxarı yaşda olan insanların sayı 2,5 milyarda çatacaq və bu rəqəm dünyada 18 yaşdan kiçiklərin sayını keçəcək. 80 yaş və yuxarı insanların sayının 2023-2060-cı illər arasında üç dəfədən çox artaraq 545 milyona çatacağı gözlənilir.

Dünya miqyasında yaşlı insanların əksəriyyətinin fiziki sağlamlığı yaxşı olsa da, bir çoxları depressiya və psixoloji sağlamlıq problemləri yaşayırlar. Bir çox yaşlı insan həmçinin hərəkətliliyin azalması, xroniki ağrı, zəiflik, demans və ya digər sağlamlıq problemləri ilə qarşılaşır ki, bunun üçün uzunmüddətli qayğıya ehtiyac duyurlar.

Dünyada 70 və daha yuxarı yaşda olan yetkin insanların təxminən 14,1%-i ruhi xəstəliyə sahibdir. Qlobal Sağlamlıq Qiymətləndirmələrinə (GHE) 2021 görə, bu vəziyyətlər 70 yaş və daha yuxarı yaşlı insanlar arasında əlilliyə səbəb olan vəziyyətlərin 6,8%-ni təşkil edir. Yaşlı insanlar üçün ən çox yayılmış ruhi sağlamlıq vəziyyəti depressiyadır. GHE göstərir ki, qlobal miqyasda intihardan ölüm hallarının təxminən altıda biri (16,6%) 70 və daha yuxarı yaşda olan insanlar arasında baş verir. Xüsusilə pandemiyadan sonrakı illərdə yaşlı insanlar arasında təcrid və az sosiallaşmaq səbəbi ilə intihar halları çoxaldı.

Yaşlı insanlar daha çox yaxınlarının ölümü, sosial izolyasiya, təqaüdə çıxdıqda məqsəd və məram hissinin azalması kimi mənfi vəziyyətlərdə də depressiyaya düşə bilirlər. Cəmiyyətə çoxsaylı töhfələrinə baxmayaraq, bir çox yaşlı insanlar iş yerindəki ixtisarlar zamanı asanlıqla işdən çıxarılmalarını təbii olaraq qəbul edə bilmirlər və bu ayrı-seçkilik onların psixologiyalarında dərin iz qoyur. Yaşlı insanlara qarşı zorakılıq da eyni dərəcədə təsir edir, bu da hər hansı bir fiziki, şifahi, psixoloji, cinsi və ya maliyyə zorakılığı, eləcə də laqeydliyi əhatə edir. Bir çox yaşlı insan da öz həyat yoldaşının könüllü baxıcısıdır ki, alzeymer, demans kimi xəstəliklər yalnız insanın özünü yox, həm də onunla eyni evdə yaşayan insanların psixologiyasına təsir edir. Bəzi yaşlı insanlar da ağır həyat şəraiti, təqaüd ala bilməmək, zəif fiziki sağlamlıq və ya ünsiyyətsizlik səbəbindən depressiya riski altındadırlar.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri