Icma.az
close
up
RU
Təhlükə: Sığorta şirkətinin səhmləri kəskin ucuzlaşıb

Təhlükə: Sığorta şirkətinin səhmləri kəskin ucuzlaşıb

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən yanğınlar səbəbindən sığortalanmış zərərlərin milyardlarla dollara çatacağı gözlənilsə də, sığorta şirkətinin səhmləri ucuzlaşıb.

"Cebheinfo.az" xəbər verir ki, yanğınlar Los-Ancelesdə 10 mindən çox tikiliyə, bir çox ev və müəssisələrə böyük ziyan vurub.

Bölgədəki yüksək əmlak dəyərləri səbəbindən sığortalanmış zərərlərin milyardlarla dollara çatacağı gözlənildiyi üçün sığorta şirkətinin səhmləri azalıb.

Yanğınlarda sığorta itkiləri baxımından ən çox risk altında olan sığorta şirkətləri arasında yer alan "Allstate", "Chubb" və "Travellers"in səhmlərindəki enişlər diqqət çəkib.

ABŞ-nin ən böyük sığorta şirkətlərindən biri olan "Travellers"in səhmləri 3,80 faiz, "Chubb"un səhmləri 3,42 faiz, "Allstate"in səhmləri isə 5,43 faiz dəyər itirib.

Bundan əlavə, "American International Group"un səhmləri 1,15 faiz, "Mercury General" isə 21,71 faiz ucuzlaşıb.

Dünən “JPMorgan” sığorta şirkəti tərəfindən açıqlanan məlumatda deyilir ki, yanğınlardan sığortalanmış itkilər 20 milyard dolları keçə bilər və yanğınlar nəzarət altına alınmasa, bu rəqəm daha da arta bilər.

Kredit reytinq agentliyi "Morningstar DBRS" tərəfindən verilən açıqlamada Los-Ancelesdəki yanğınların sığorta sektoru üçün ciddi itkilərə səbəb olacağı bildirilib. 

İlkin hesablamalara görə, ümumi sığorta itkiləri yanğınların təsirinə məruz qalan əmlakların son sayından asılı olaraq 8 milyard dolları keçə bilər.

Analitiklər həmçinin xəbərdarlıq ediblər ki, çoxmilyardlı itkilər Kaliforniyanın onsuz da kövrək olan ev sığortası bazarına əhəmiyyətli təzyiq yarada bilər.

Dünya miqyasında hava proqnozu xidməti təqdim edən "AccuWeather", ilkin hesablamalara əsasən, Kaliforniya yanğınlarının ümumi zərərinin və iqtisadi itkisinin 52-57 milyard dollar arasında ola biləcəyini təxmin edir.

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri