Sığorta şirkətinin ləğv ediləcəyi gözlənilir
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
“AtaSığorta” sığorta şirkətinin sığorta portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış sığorta müqavilələri aprel ayının 10-dan etibarən “Atəşgah Sığorta Şirkəti" ASC-yə ötürülüb. Yəni, indiyədək əmlakı və ya məsuliyyəti “AtaSığorta”da sığortalanan vətəndaş hər hansı bir sığorta hadisəsi ilə üzləşərsə və ya hər hansı bir müraciəti olarsa bununla bağlı artıq “Atəşgah” sığorta şirkətinə müraciət etməli olacaq.
Qeyd edilib ki, bu qayda “Sığorta fəaliyyəti haqqında” qanunun 72-ci maddəsi ilə tənzimlənir.
Xatırladaq ki, ötən ilin sonuna “AtaSığorta” şirkətinin yığım portfelinin həcmi 10 milyon 31 min manat olub. Yanvar ayının 6-da isə Mərkəzi Bank sığorta şirkətinin sığorta satışlarını məhdudlaşdırıb və ASC-yə müvəqqəti inzibatçı təyin etmişdi. Sığorta şirkətinin öhdəliklər üzrə portfelinin digər sığorta şirkətinə ötürülməsi o deməkdir ki, AMB qısa zamanda sığorta şirkətinin lizensiyası da ləğv edəcək.
Bu mövzuda digər xəbərlər:Sığorta şirkətinin rəhbəri güllələndi
04 Dekabr 2024 20:41
Daha bir sığorta şirkətinin lisenziyası LƏĞV EDİLDİ
13 Dekabr 2024 20:18
Azərbaycanda müştərək sığorta şirkətinin ləğv prosesi yekunlaşır
05 Yanvar 2026 12:05
Sığorta şirkətinin maşınları satışa çıxarılır
24 Yanvar 2025 16:36
Məşhur sığorta şirkətinin rəhbəri güllələnərək ÖLDÜRÜLDÜ
04 Dekabr 2024 21:41
Baxış sayı:166
Bu xəbər 20 Aprel 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















