Icma.az
close
up
RU
TƏHLÜKƏLİ “QƏLƏBƏ PARADI” Moskvanın elan etdiyi 26 liderin hamısı parada qatılacaqmı?

TƏHLÜKƏLİ “QƏLƏBƏ PARADI” Moskvanın elan etdiyi 26 liderin hamısı parada qatılacaqmı?

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Moskvada mayın 9-da keçiriləcək parada 26 dövlət başçısı və 3 tanınmamış respublika başçısının qatılacağı gözlənilir.

“AzPolitika” xəbər verir ki, bu barədə Vladimir Putinin köməkçisi Yuri Uşakov məlumat verib. O, qondarma Abxaziya və Cənubi Osetiya başçılarını, eləcə də Fələstin rəhbərini də xarici ölkə liderləri sırasına qataraq, tədbirdə 29 dövlət başçısının iştirak edəcəyini deyib.

Bunlar aşağıdakı ölkələrin liderləridir: Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo Respublikası, Kuba, Laos, Monqolustan, Myanma, Slovakiya, Serbiya, Efiopiya.

Uşakovun sözlərinə görə, Hindistan, İndoneziya, Nikaraqua və Cənubi Afrika da “yüksək səviyyədə” təmsil olunacaq. Moskvanın Ukraynaya qarşı müharibədəki əsas tərəfdaşı olan Kim Şen In isə parada qatılmayacaq və KXDR yalnız səfir səviyyəsində tədbirdə iştirak edəcək.

Mayın 9-da səhər, Uşakovun sözlərinə görə, xarici ölkə liderlərinin nümayəndə heyətlərinin qarşılanması mərasimi keçiriləcək, bundan sonra onlar Moskva vaxtı ilə saat 10:00-da paradın başlayacağı Qızıl Meydana gedəcəklər. Burada xarici hərbi kontingentlər də iştirak edəcək və onların keçidi olacaq. Rusiyanın Müdafiə naziri Andrey Belousov deyib ki, paradda iştirak etmək üçün 19 ölkədən hərbi birləşmələr dəvət olunub. Bunların ən böyüklərindən biri 102 nəfərin daxil olduğu Çin hərbi kontingenti olacaq.

Moskvada keçiriləcək paraddan əvvəl Rusiya hakimiyyəti tədbirin Ukrayna PUA-ları tərəfindən pozulmaması üçün əlavə təhlükəsizlik tədbirləri görür. Xüsusilə, Rusiya paytaxtına əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirildiyi bildirilir. Polis Rusiya sakinlərindən mayın 9-da və ondan əvvəlki günlərdə atəşfəşanlıq etməməyi tələb edib, həmçinin Moskvada dronların buraxılmasını tamamilə qadağan edib. Bundan başqa, şəhərdə mobil rabitə və internet məhdudlaşdırılıb.


Putin aprelin 28-də bildirmişdi ki, Rusiya 7-8 may gecə yarısından 10-11 may gecə yarısına kimi “bütün hərbi əməliyyatları” dayandırır. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu qondarma atəşkəsi rədd edib. Əksinə, Kremldə paradın təhlükəsiliyinə dair narahatlıqlar olduğunu qeyd edərək, “düz edib narahat olurlar” demişdi.

Kreml bunu tədbirə qarşı Ukraynanın birbaşa təhdidi kimi dəyərləndirəndən sonra Zelenski deyib ki, Kiyev Moskvadakı paradda digər ölkələrin nümayəndələrinin təhlükəsizliyinə zəmanət verə bilməz, çünki Rusiya tərəfi özü təxribat, partlayış törədə və buna görə Ukraynanı günahlandıra bilər. Əslində, bunda da məntiq var. Rusiya ən yeni tarixində bu cür təxribatlara dəfələrlə əl atıb. Təkcə Çeçenistanda müharibəyə başlamaq üçün Rusiyadakı yaşayış binalarının partladılması və buna görə məsuliyyətin çeçenlərin üzərinə atılmasını xatırlamaq kifayətdir…

Onu da qeyd edək ki, bir neçə liderin mayın 9-da Moskvaya gəlişi sual altındadır. Bunların sırasında Qazaxıstan, Slovakiya və qəfil “xəstələnən” Serbiya başçılarının adı daha çox çəkilir. Bununla yanaşı, əksər müşahidəçilər son günə qədər parada dəqiq neçə liderin qatılacağını söyləməyin doğru olmadığı fikrindədirlər.

Ukraynanın mümkün birbaşa zərbələrinə gəlincə, çoxları bunun inandırıcı olmadığını bildirirlər. Baxmayaraq ki, Ukrayna tərəfi haqlı olaraq, parada toplaşan Rusiya hərbi kontingentini və silahlarını “qanuni hədəf” hesab edir.

Məsələn, “Bellingcat” layihəsinin tanınmış araşdırmaçı jurnalisti Xristo Qrozev deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin məlum hədələri “peşəkar blefdir”. Bir çoxları kimi, o da hesab edir ki, parad günü Ukraynanın həmin tədbiri birbaşa vuracağı inandırıcı deyil. Bu, həm siyasi, həm də hərbi cəhətdən doğru olmazdı. Eləcə də, tanınmış ukraynalı jurnalist Yevgeni Kiselyov öz efirində vurğulayıb ki, paradda Ukrayna ilə yaxşı münasibətdə olan bəzi ölkə başçıları da olacaq. O xüsusi qeyd edib ki, Azərbaycan kimi Ukraynaya dost bir ökənin liderinin də qatıldığı tədbiri vurmaq siyasi baxımdan məqsədəuyğun olmazdı…

Əvəzində, parada qədər Moskvaya mümkün qədər çoxlu sayda PUA hücumları həyata keçiriləcək ki, tədbirin təşkilinə, eləcə də Rusiyanın özünü müdafiə imkanlarına, hərbi qüdrətinə növbəti dəfə kölgə salınsın. Həmçinin, bu səbəbdən təhlükəsizlik məsələsini nəzərə alan hansısa dövlət başçıları parada qatılmaqdan imtina etsin. Qrozevin fikrincə, Zelenskinin əsas məqsədi budur və buna nə dərəcədə nail olunacağı yalnız parad günü məlum olacaq.

Cəlal Məmmədli

“AzPolitika.info”   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri