Icma.az
close
up
RU
Tarixi qələbəmizin möhtəşəm təntənəsi QƏLƏBƏ PARADI

Tarixi qələbəmizin möhtəşəm təntənəsi QƏLƏBƏ PARADI

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev: "Ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik"

Noyabrın 8-də Bakıda, "Azadlıq" meydanında keçirilən meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad Azərbaycanın haqq mübarizəsi, ədaləti bərpa etməsi, qalib bir dövlət olaraq gücünün bütün dünyaya nümayişi baxımından böyük əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycanın zəfərini, qələbəsini, eləcə də dost ölkələrin əbədi qardaşlığını beynəlxalq ictimaiyyətə bəyan etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Bu parad Azərbaycanın tərəfdaşlarına, dost və qardaş ölkələrə sevinc, müjdə oldu, eləcə də dövlətimizi sevməyən, uğurlarımıza qısqanclıqla yanaşan ölkələrə qalib dövlətdən bir mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü uğrunda beynəlxalq arenada apardığı mübarizədə qalibiyyətin təntənəsinin daha bir nümayişi idi. Azərbaycanın qazandığı 44 günlük Vətən müharibəsində Qələbə Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə düşünülmüş şəkildə yürütdüyü siyasətin məntiqi nəticəsi idi. Azərbaycanın Zəfəri həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın təcəssümü idi. Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı.

" BİZ BÜTÜN DÜNYAYA GÜCLÜ DÖVLƏT VƏ MÜZƏFFƏR XALQ KİMİ ÖZÜMÜZÜ GÖSTƏRMİŞİK"

Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi Zəfərimizi tariximizə qızıl hərflərlə yazdı. Qələbəmiz bir daha Azərbaycanın «Dəmir Yumruğ»unun qarşısında hansısa bir gücün dayana bilməyəcəyini göstərdi. " 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxışı zamanı bildirib. Dövlət başçımız diqqətə çatdırıb ki, noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir: "Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik."

“AZƏRBAYCAN TƏK DEYİL, TÜRKİYƏ AZƏRBAYCANIN YANINDADIR!” DEMƏSİ BÜTÜN DÜNYAYA ÇOX CİDDİ MESAJ İDİ"

Hərbi paradda Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbçiləri də iştirak etdilər. İki kolondan ibarət parad heyətinə polkovnik-leytenant Uğur Alan rəhbərlik edirdi.

İlk dəfə olaraq paytaxt Bakının Azadlıq meydanında Pakistan İslam Respublikası Ordusunun mayoru Saqib Alamın başçılıq etdiyi parad heyəti mətin addımlarla tribunanın qarşısından keçdi. Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu. “Akıncı” pilotsuz uçuş aparatı Bakı səmasında, Azadlıq meydanı üzərində 900-1500 metr hündürlükdə dövrə vuraraq çəkilişlər apardı. Paytaxt səmasında təntənəli aviasiya nümayişləri davam etdi. Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitlərin paradda iştirakı dövlətlərimizin birliyinin, dostluğunun və qardaşlığının tarixi köklərə söykəndiyini bir daha təsdiqləmiş oldu. İki qardaş ölkənin əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qürurverici hadisəyə çevrildi. Bu xalqların tarixində əbədi qalacaq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Türkiyə dövləti bir qardaş və dost ölkə olaraq, Azərbaycanın yanında oldu və müharibənin ən gərgin zamanında belə, hər an istər siyasi, istərsə də mənəvi tərəfdən ölkəmizə dəstəyini əsirgəmədi. Bu baxımdan, deyə bilərik ki, qazandığımız Zəfər həm də qardaş Türkiyənin Qələbəsidir. Azərbaycan Prezidenti çıxışında vurğuladığı kimi, "Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq."

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında bildirib ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir: "Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır".

"BİZ - BU TORPAQLARIN SAHİBLƏRİ QARABAĞA, ŞƏRQİ ZƏNGƏZURA QAYITMIŞIQ VƏ BUNDAN SONRA BU TORPAQLARDA ƏBƏDİ YAŞAYACAĞIQ"

Artıq Zəfər qazanmış Azərbaycan tarixinin yeni zamanını yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi Zəfər sayəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrü başlayıb. Bu gün yeni reallıqlar mövcuddur, Azərbaycanın "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Müharibədən beş il keçməsinə baxmayaraq, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizdə həyata keçirilən tədbirlərin miqyası genişdir. "Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır", - deyə Prezident bildirib. Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan etməsi və oranın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr Cənab Prezidentin dünyada qurucu bir Lider olduğunu təsdiqləmiş oldu. Dünya dövlətləri ilə iqtisadi, siyasi sferada uğurlu əməkdaşlıqların qurulması və Azərbaycanın dünya miqyasında tanıdılmasında dövlət başçısının yürütdüyü siyasət öz bəhrəsini verir. Qələbədən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar Prezident İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən, qətiyyətli və cəsarətli diplomatik siyasətin təsdiqidir. İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısı bölgədə nəqliyyat kommunikasiyalarının bərpasının, iqtisadi əlaqələrin yaradılmasının Cənubi Qafqazdakı uzunmüddətli sülh və təhlükəsizliyə, o cümlədən inkişaf və inteqrasiyaya töhfə olacağını bəyan edib. Hazırda Azərbaycan və region üçün yeni dövr başlanıb.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Noyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri