Icma.az
close
up
RU
Təhlükəli, yoxsa faydalı? Bu içki sosial mediada TREND OLDU

Təhlükəli, yoxsa faydalı? Bu içki sosial mediada TREND OLDU

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial media platformalarında son günlər “kortizol kokteyli” adlı içki böyük marağa səbəb olub.

Yenisabah.az xəbər verir ki, bu qarışımın adrenal yorğunluğu azaltdığı, yuxunu yaxşılaşdırdığı və stressi aradan qaldırdığı iddia olunur. Təbii ki, bu iddialar əsasən fenomenlərin paylaşımlarına söykənir. Lakin mütəxəssislər bu dəbin təhlükəli ola biləcəyinə diqqət çəkirlər.

Kortizol kokteyli nədir?

Bu içkinin tərkibində əsasən təbii məhsullar yer alır. Sosial media istifadəçiləri tərəfindən paylaşılan reseptə görə, içkinin hazırlanmasında aşağıdakı inqrediyentlər istifadə olunur:

Portağal suyu

Təbii duz (xüsusilə dəniz və ya himalay duzu)

Kollagen tozu və ya jelatin

Magnezium tozu və ya magneziumla zəngin əlavələr

Elektrolit damcıları və ya elektrolitlərlə zəngin içkilər

Bu komponentlərin qarışdırılması ilə əldə olunan içkinin, xüsusilə yatmazdan əvvəl qəbul edildikdə bədəni rahatlatdığı və kortizol səviyyəsini tənzimlədiyi bildirilir.

Kortizol nədir və niyə vacibdir?

Kortizol stress hormonudur və bədənin “döyüş və ya qaç” reaksiyasını tənzimləyir. Gecə saatlarında bu hormonun səviyyəsinin yüksək olması yuxu keyfiyyətinə mənfi təsir edə bilər. Məhz bu səbəbdən, “kortizol kokteyli”nin axşam saatlarında içilməsi tövsiyə olunur.

Həkimlər nə deyir?

Endokrinoloqlar və dietoloqlar bu trendlə bağlı ehtiyatlı davranmağa çağırırlar. Onların fikrincə, hər kəsin orqanizmi fərqli işləyir və bu cür qarışıqlar bəzi insanlarda faydalı olsa da, digərlərində əks təsir yarada bilər. Xüsusilə hər hansı bir xroniki xəstəliyi və ya dərman istifadəsi olan şəxslər həkimlə məsləhətləşmədən bu qarışımdan istifadə etməməlidirlər. Sosial media trendi olsa da, hər dəbdə olan sağlam deyil.

Qeyd edək ki, bu qarışımın elmi əsasları tam olaraq sübut olunmayıb. Ona görə də yalnız internetdəki rəylərə əsaslanaraq sağlamlıq üçün riskli qərarlar vermək düzgün deyil.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri