Icma.az
close
up
RU
Təhlükəsiz yay tətili keçirmək üçün virtual dünyadakı kiber təhdidkarlardan necə qorunmaq olar?

Təhlükəsiz yay tətili keçirmək üçün virtual dünyadakı kiber təhdidkarlardan necə qorunmaq olar?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yay yavaş-yavaş sona yaxınlaşır, amma tətillər, səyahətlər mövsümü və bununla paralel, təəssüf ki, saxtakarlıq sxemləri də davam edir. Milyonlarla insanın onlayn bilet, otel və səyahət turları axtardığı zaman fırıldaqçılar xüsusilə fəallıq göstərir. Saxta saytlar, son dəqiqə təklifləri, messencerlərdə şübhəli söhbətlər – bütün bunlar təkcə pula deyil, həm də şəxsi məlumatlarınızı itirməyinizə səbəb olacaq tələlərdir.

Səyahətinizin məyusluğa çevrilməməsini təmin etmək üçün Kaspersky qısa çek list (yoxlama siyahısı) hazırlayıb – bilet almadan və onlayn qonaqlama bron etməzdən əvvəl hər şeyi nəzərə alıb-almadığınızı yoxlayın.

"Yay mövsümündə diqqətli olmaq xüsusilə vacibdir: fırıldaqçılar öz sxemlərində bayram mövzusundan fəal şəkildə istifadə edirlər. Saxta internet saytları, “son dəqiqə” turları təklif edən fişinq e-poçtları, messencerlərdə təkliflər – bütün bunlar çox gerçək görünə bilər. Təəssüf ki, bayram əhvali-ruhiyyəsində olan insan tez-tez sayıqlığını itirir. Buna görə də, rəqəmsal ehtiyatlılığı əldən verməməyi tövsiyə edirik: veb-saytları yoxlamaq, şübhəli linklərə keçid etməmək və dələduzluq hücumlarını vaxtında tanıyan və bloklayan həllərdən istifadə etmək. Sadə diqqətlilik və əsas rəqəmsal gigiyena bilikləri ilə pullarınızı, məlumatlarınızı və tətilinizi xoşagəlməz hallardan qoruya bilərsiniz”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Tətildən öncə rəqəmsal təhlükəsizliyə aparan 5 addım:

Vebsayt ünvanını yoxlayın.

URL-nin “https://” ilə başladığına, hərf səhvləri, əlavə hərflər və ya qəribə simvollar olmadığına əmin olun.

Geridönüşləri tətqiq edin.

Təkcə vebsaytın özündə deyil, forumlarda və sosial şəbəkələrdə bron platformasına yazılmış istifadəçi rəylərini axtarın.

Həddindən artıq əlverişli təkliflərdən çəkinin.

Çox ucuz qiymətə tur və ya qonaqlama təklifləri çox vaxt saxta olur.

Çat və e-poçtlarda gələn linklərə keçid etməyin.

Yalnız rəsmi tətbiqlərdən və aviaşirkətlərin, otellərin və aqreqatorların vebsaytlarından istifadə edin.

Fişinqdən müdafiə üçün antivirus proqramından istifadə edin.

Müasir həllər zərərli saytları ziyarət etməyinizə imkan vermədən onları bloklamağa kömək edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri