Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Təhlükəsizlik eksperti: Minalar təkcə torpağı yox, insanların həyatını da girov saxlayır

Təhlükəsizlik eksperti: Minalar təkcə torpağı yox, insanların həyatını da girov saxlayır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 6 aprel, AZƏRTAC

Mina təhlükəsi bu gün də müasir dövrün ən ağır və uzunmüddətli problemlərindən biri olaraq qalır. Xüsusilə münaqişədən çıxmış ərazilərdə bu problem təkcə təhlükəsizlik məsələsi deyil, həm də insanların gündəlik həyatına, onların geri qayıdışına və bölgənin bərpasına birbaşa təsir edən əsas amillərdən biridir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan minatəmizləmə işlərinin miqyası da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Son illərdə yüz minlərlə mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilsə də, təkcə 2025-ci il ərzində minlərlə mina və on minlərlə partlayıcı qalıq tapılması bu təhlükənin hələ də davam etdiyini göstərir. Ümumilikdə isə 2020-ci ildən bu günədək 256 min hektardan çox ərazinin təmizlənməsi və 241 mindən artıq partlayıcı sursatın zərərsizləşdirilməsi böyük iş görüldüyünü göstərsə də, qarşıda hələ uzun və mürəkkəb prosesin olduğunu ortaya qoyur. Bütün bunların fonunda mina problemi artıq yalnız texniki məsələ kimi deyil, həm də insanların təhlükəsiz qayıdışı, bölgədə həyatın bərpası və iqtisadi inkişafın sürətlənməsi ilə birbaşa bağlı olan əsas çağırışlardan biri kimi gündəmdə qalır.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında təhlükəsizlik eksperti Elşad Həsənov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi bu gün də Azərbaycan üçün ən ciddi humanitar və təhlükəsizlik problemlərindən biri olaraq qalır. “Ermənistan tərəfindən Azərbaycanın işğal altında olmuş ərazilərində son məlumatlara əsasən təxminən 1,5 milyon mina basdırılıb. Müharibə 2020-ci ilin noyabrında başa çatsa da, bu gün tapılan minalar arasında 2021-ci ildə Ermənistanda istehsal olunmuş nümunələrə rast gəlinir. Bu isə onu göstərir ki, müharibədən sonra da bizim ərazilərdə mina basdırılması davam etdirilib. Mina partlayışları nəticəsində indiyədək 427 hadisə qeydə alınıb və bu partlayışlar nəticəsində insanlar həyatını itirib, ağır xəsarətlər alıb, bəziləri isə əl-ayaqlarını itirib. Bu, cəmiyyət üçün son dərəcə həssas və ciddi problemdir və geniş müzakirələrə səbəb olur. Minalar təkcə torpağı yox, insanların həyatını da girov saxlayır”, - deyə ekspert əlavə edib.

O bildirib ki, Azərbaycan bu məsələni beynəlxalq səviyyədə mütəmadi qaldırır. Müharibədən sonra mina problemi ilə bağlı Azərbaycan beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə müraciətlər edib. Lakin təəssüf ki, bu istiqamətdə ölkəmizə hələ də ciddi dəstək göstərilməyib: “Minatəmizləmə işləri əsasən Azərbaycanın öz imkanları hesabına həyata keçirilir. Bu sahədə əsas yük 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) üzərinə düşür. Eyni zamanda, Müdafiə Nazirliyinin mühəndis-istehkam qoşunları, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin xüsusi qrupları da bu prosesdə iştirak edir. Geniş ərazilərin minalarla çirklənməsi aparılan bərpa və yenidənqurma işlərinə ciddi təsir göstərir. Bu, həm də bölgəyə beynəlxalq investisiya axınına mənfi təsir edən əsas amillərdən biridir”.

E.Həsənov diqqətə çatdırıb ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələri qeyri-dəqiqdir. Biz qarşı tərəfdən mina xəritələrini tələb etmişik. Onlar iki dəfə xəritə təqdim etsələr də, həmin xəritələrin cəmi 25 faizi real vəziyyətlə üst-üstə düşür. Bu da prosesə əlavə çətinliklər yaradır.

Ekspertin fikrincə, minatəmizləmə sahəsində bəzi ölkələr tərəfindən məhdud dəstək göstərilib. Məsələn, İtaliya tərəfindən minatəmizləmə texnikası təqdim olunub. Lakin ümumilikdə bu işlər əsasən Azərbaycanın öz gücü hesabına həyata keçirilir.

“Mina təhlükəsi olan ərazilər xüsusi nişanlarla işarələnib və bu zonalara giriş qəti qadağandır. Buna baxmayaraq, təəssüf ki, bəzi hallarda insanlar bu qaydalara əməl etmir və nəticədə ağır xəsarətlər alırlar. Bu səbəbdən maarifləndirmə işləri daha da gücləndirilməlidir. Mina problemi qlobal səviyyədə də ciddi çağırışlardan biridir. Beynəlxalq təşkilatlar bu məsələni gündəmdə saxlasalar da, son illərdə onların nüfuzu zəifləyib və səmərəli fəaliyyəti sual altındadır. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində ciddi problemlərin olduğunu göstərir. Bu gün dünyada baş verən münaqişələr – Yaxın Şərqdə, Rusiya-Ukrayna müharibəsi və digər proseslər göstərir ki, beynəlxalq təşkilatlar öz funksiyalarını tam yerinə yetirə bilmir”, - deyə E.Həsənov vurğulayıb.

Müxbir – Səbinə Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Aprel 2026 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri