Icma.az
close
up
RU
Minalar təkcə insanları deyil, təbiəti də öldürür: Düşmənin basdırdığı minalar ekoloji fəsadlara çevrilir

Minalar təkcə insanları deyil, təbiəti də öldürür: Düşmənin basdırdığı minalar ekoloji fəsadlara çevrilir

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

44 günlük Vətən müharibəsi başa çatsa da, onun geridə qoyduğu miras hələ də insan həyatına və ətraf mühitə ciddi təhlükə törədir. İşğaldan azad olunmuş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar və partlamamış hərbi sursatlar təkcə məcburi köçkünlərin doğma yurdlarına qayıdışına əngəl yaratmır, eyni zamanda bölgənin ekoloji tarazlığını da pozur.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) sədri Elman Cəfərli bildirdi ki, bu gün minalar və partlamamış hərbi sursatlarla bağlı məsələ ciddi müzakirə olunan mövzulardandır:

"Yaşadığımız dövrdə mina və partlamamış hərbi sursatlar dünyanın bir çox regionlarında, o cümlədən Cənubi Qafqazda, özəlliklə də Azərbaycanda təhlükəsizliyə, insan həyatına təhdid kimi qarşıda durur. Ermənistan 30 il işğalda saxladığı Azərbaycan ərazilərində 1.5 milyondan çox piyada və texnika əleyhinə mina basdırıb. Bu gün ölkə ərazisinin təxminən 12 faizi minalarla çirkləndirilib. Xain düşmən Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməklə qalmayıb, eyni zamanda daha hiyləgər taktikaya əl atıb. Belə ki, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə belə mina basdırılıb. Müharibələr bitsə də, onun ağır mirası mina problemi uzun illər insanları rahat buraxmır, sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, bərpa və inkişaf layihələrinə mane olur.

2020-ci ilin 44 günlük Vətən müharibəsində düşmən Qarabağdan qovuldu. 2023-cü ilin 19 sentyabrında baş vermiş 19 saatlıq lokal antiterror əməliyyatlarından sonra isə Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa etdi. Düşmən rədd olsa da, qoyduğu “miras” qalır. Bu gün mina problemi 800 mindən çox azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıtmasına mane olur. “Böyük Qayıdış” layihəsi həm də bu üzdən ləngiyir. Torpağın minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi vaxt aparan, məsuliyyətli və olduqca riskli işdir. Eyni zamanda bahalı prosesdir. İnsan həyatı üçün riskli olduğundan minaaxtaran olmaq istəyənlər azdır. O kadrların yetişdirilməsi də vaxt aparan prosesdir".

Onun sözlərinə görə, mina və hərbi sursatların partlayışı ekosistemə ciddi şəkildə zərbə vurur.

"Əvvəla, bölgədə yaşayan, işləyən insanların həyatı təhlükə altına düşür. Ani bir yanlış hərəkət nəticəsində onlar hər an bədənlərinin bir üzvünü itirə, ölə bilərlər. Mina və partlamamış hərbi sursatlar daha çox işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayan, çalışan insanlar üçün təhlükəlidir. Mina partlayışı təkcə insanların həyatını təhlükə altına atmır, eyni zamanda bölgədə yaşayan digər canlıların həyatını da riskə atır",- deyən ekspert qeyd etdi ki, bu günə qədər sosial şəbəkələrdə işğaldan azad olunmuş bölgələrdə vəhşi heyvanların mina terroruna məruz qalması ilə bağlı onlarla videolar da yayılıb:

"Bu günlərdə Kəlbəcər ərazisində bir it Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanına çevrilib. Doğrudur, həkimlər onun həyatını xilas ediblər, lakin itin ayağı amputasiya olunub. Ermənilərin mina terroru nəticəsində neçə-neçə insan övladı, hətta dilsiz-ağızsız, məsum canlı bir ömür şikəst qalacaq. Mina partlayışı zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olur, torpağın münbit qatını məhv edir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara səbəb olur. Minalardan və partlamamış hərbi sursatlardan təmizlənməmiş torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri