Icma.az
close
up
RU
Təhlükəsizliyi təmin etmək üçün... Makler evləri nə qədər etibarlıdır?

Təhlükəsizliyi təmin etmək üçün... Makler evləri nə qədər etibarlıdır?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

""Makler evləri" deyilən evlərə əsasən Abşeron və Xırdalan ərazisində rast gəlinir. Evlərin xüsusiyyəti ondan ibarətdir ki, daha ucuz materiallarla tikinti normativlərinə çox da uyğun olmayan şəkildə inşa olunurlar. Bunun səbəbi daha az xərclə daha çox mənfəət əldə etmək istəməkdir. Bu cür evlər bazara daxil olaraq digər evlərin də qiymətinin düşməsinə səbəb oldu. Görüntü xatirinə edilən təmir qısa müddətə sıradan çıxır, təbii fəlakət olarsa, evin dayanıqlı olması mümkünsüz olur. Bu cür evləri almaq böyük risk deməkdir".
Bu sözləri Demokrat.az-açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib 
"İctimaiyyətdə artıq evlərin dayanıqsız olması ilə bağlı fikirlər yarandı. Bundan sonra maklerlər tikintiyə müəyyən düzəlişlər etməyə başladılar. Ancaq həmin evlərin müvafiq qaydalara uyğun şəkildə tikilib satılması gəlir gətirmir. Evləri müvafiq qaydalara uyğun tikmək, yaxşı təmir etmək, keyfiyyətli materiallar istifadə etmək satan adama yaxşı gəlir gətirmir. Ancaq tikinti şirkətlərinə bunu etmək sərf edə bilər. Çünki onlar məhsulları bazardan topdan satış qiymətinə alırlar. Fərdi qaydada tikinti zamanı ev baha başa gəlir. Bu da biznes maraqları baxımından sərf etmir. İmkanı olmayan, nə olursa olsun ev sahibi olmaq istəyən təbəqə bu cür və sənədsiz evlərə üz tutur. Maklerlər fürsətdən istifadə edib həmin evləri təklif edərək gəlir əldə edir. Tikintinin təhlükəsizliyini gücləndirmək lazımdır. Böyük çərçivədə bu işlər dövlət orqanları tərəfindən həyata keçirilir. Bu baxımdan vəziyyət qənaətbəxşdir. Fərdi tikililərdə isə nəzarət yoxdur. Təhlükəsizliyi təmin etmək üçün bu cür evlərə də nəzarət etmək lazımdır".
O bildirib ki, birmənalı şəkildə fərdi qaydada tikilən evlərin hamısını qaralamaq da düzgün deyil:
"Hər biri yoxlanlmalı, qüsur tapılmalıdır. Kimsə evi yaxşı tikirsə və az gəlirə qane olursa, bunu yalnız alqışlamaq lazımdır. Evlərin etibarlılığı yalnız araşdırma aparılaraq dəqiqləşdirilə bilər. Uzaqdan-uzağa bütün evləri qaralamaq doğru olmaz".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri