Icma.az
close
up
RU
Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır?

Əmanətçilər üçün qızıl nə qədər etibarlıdır?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının iyulun 4-nə olan rəsmi məlumatına əsasən, 1 troy unsiyası qızılın qiyməti 5 680,42 manata yüksəlib.

Son günlərdə müşahidə olunan bu artım tendensiyası bazarda ciddi maraq doğurub. Mütəxəssislər yaxın dövrdə qızılın qiymətində davamlı artımın mümkünlüyünü istisna etmir. 

Bəs bu vəziyyətdə yerli əmanətçilər necə davranmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib ki, hazırda qızılın qiymətində müşahidə olunan artım tendensiyası əsasən ABŞ-də büdcə kəsirinin dərinləşməsi ilə bağlı narahatlıqlardan qaynaqlanır:

“ABŞ-də büdcə kəsirinin dərinləşməsi ilə bağlı artan narahatlıqlar fonunda qızılın qiymətində yüksəliş tendensiyası davam edir. Donald Trampın vergi və dövlət xərcləri haqqında qanun layihəsini təsdiqlənməsi bu narahatlıqları daha da artıraraq, qiymətli metallara olan tələbi gücləndirib. 

Eyni zamanda, 9 iyul tarixində qüvvəyə minməsi gözlənilən yeni tarif qərarları və ABŞ-ın ticarət siyasəti ətrafında yaranmış qeyri-müəyyənlik də qızılın mövqeyini möhkəmləndirir.

Nəticə etibarilə, sarı metal (qızıl) son bir həftə ərzində 2 faizdən çox bahalaşaraq əvvəlki həftə İsrai-İran atəşkəsi səbəbindən baş vermiş qiymət itkilərini qismən kompensasiya edib. Bütün bu şəraitdə investorların bir çoxu səhmlərə əlavə vəsait yatırmaqdan çəkinirlər”.

Ekspert uzunmüddətli perspektivdə də bahalaşmanın davam edə biləcəyini qeyd edir:

“Qısamüddətli dövrdə qızılın qiymətini artıran əsas amillər ABŞ-də dərinləşən büdcə kəsiri, dolların nisbətən zəifləməsi, ən böyük bankların alışlarını davam etdirməsidir. 

Hazırda London əmtəə birjasında bir unsiya qızıl 3 334–3 345 ABŞ dolları (təxminən 5 670–5 690 manat) arasında ticarət olunur. 9 iyulda tarif qərarının qüvvəyə minməsi, eləcə də ABŞ inflyasiya və məşğulluq göstəriciləri kimi makro xəbərlər yaxın həftələrdə qiymətdə dalğalanmanı artıra bilər. Lakin əsas trend hələ də yuxarı yönlüdür.

Uzunmüddətli dövrdə qızılın bir unsiyasının 3 400 – 3 600 ABŞ dolları diapazonuna qədər bahalaşmaq potensialı saxlanılır. Tarixi nisbətlərə görə hazırda nisbətən ucuz görünən gümüş (təxminən 37 ABŞ  dollar) və platin (təxminən 1 395 ABŞ dollar) də portfeli genişləndirmək üçün alternativ olaraq nəzərdən keçirilə bilər”.

Rövşən Əmircanov vurğulayıb ki, qiymət artımı fonunda əmanətçilər ehtiyatlı davranmalıdır:

“Nəticə olaraq, qızılın qiymətinin uzunmüddətli dövrdə artmağa davam edəcəyi gözlənilir. Amma yaxın günlərdə qiymətlərdə dalğalanmalar, yəni həm artım, həm də enişlər mümkündür.

Bu səbəbdən əmanətçilər qızılı qabaqcadan düşünülmüş şəkildə almalı, bütün vəsaiti bir anda sarı metal yatırmamalıdırlar. Daha məqsədəuyğun olanı, yatırımları tədricən həyata keçirmək və yalnız sərbəst vəsaitlərdən istifadə etməkdir.

Belə yanaşma həm gəlir əldə etməyə, həm də bazardakı dəyişikliklərə uyğun reaksiya verməyə imkan yaratdığı üçün daha məqsədəuyğun hesab olunur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Qızıl Mərkəzi bank Rövşən Əmircanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 İyul 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see634

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see627

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see376

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see265

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see264

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see250

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see241

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see240

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see238

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see223

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see214

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see209

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see198

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see194

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see193

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see185

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see185

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see177

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri