Icma.az
close
up
RU
Təhlükəsizliyimiz üçün xidmət göstərənlər

Təhlükəsizliyimiz üçün xidmət göstərənlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qapının zəngi çalınanda “uşaqlar gəldi” düşüncəsiylə əlimi dəstəyə atdım. Qapını açanda qarşımda bəstəboylu, təbəssümlü bir xanımla üzləşdim. “Kimi istəyirsiniz?” sualımı tamamlamamış “İcazə verirsinizmi, daxil olum. Mənzillərdəki qaz qurğularının müayinəsini aparırıq”– dedi. “Buyurun”–deyib geri çəkildim. Özünü təqdim etdi, müşaiyətimlə vanna otağına, mətbəxə keçdi, istifadədə olan cihazlara baxdı...

Bu isti havada, günün günorta çağı mənzillərdə yoxlamalar aparmağın, özü də bir xanım üçün çətinliyini duydum. Bunu onun yorğun baxışları aşıq-aşkar göstərirdi.  Sərin su, kampot təklif etdim. İstəmədi. Məndə bu xidmət sahəsi əməkdaşlarının işinə maraq oyandı. Söhbətləşdik...  

Öyrəndim ki, Xədicə Musayeva əslən qızılgüllər diyarındadır. 1994-cü ildə Texniki Universiteti bitirib. Öncə doğma rayonunda müxtəlif müəssisələrdə işlədikdən sonra  2005-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala rayon qaz idarəsində fəaliyyətini davam etdirib. 2007-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya köçüb və Nəsimi rayon qaz idarəsində texnik olaraq işə qəbul edilib. Bir müddət sonra həmin peşəsinə Binəqədi rayonunda davam edib. 2015-ci ildə “Azəriqaz”da struktur islahatları başlayıb. Birlikdə müxtəlif departamentlər yarananda Xədicə xanım Bakı regional qaz ölçü qurğularına xidmət departamentində mühəndis vəzifəsinə keçib. 2025-ci ilə qədər o departamentdə mühəndis işləyib. 

2025-ci ildə idarədə Müayinə və istismara qəbul xidməti yaradıb və Xədicə Musayeva eyni dərəcə ilə mühəndisliyinə həmin xidmətdə davam edib. Ondan həmin xidmətin yaranma zərurətini soruşdum. Düşündüm ki, bəlkə hər il vanna otaqlarında və yaxud mənzillərdə düzgün quraşdırılmayan qaz qurğularının nasazlığı səbəbindən zəhərlənmə hallarının ailələrə gətirdiyi faciələrlə bağlı birliyə edilən müraciətlərin təsiri olub.  Belə düşünməyə səbəb vardı. Çünki öz qohumum da belə səhlənkarlığın qurbanı olmuşdu.

 Xədicə xanım dedi:

– Bu xidmət illər əvvəl də “Azəriqaz” İstehsalat Birliyində olub. Sonradan şöbənin səlahiyyəti təhlükəsizliklə bağlı olduğuna görə Fövqəladə Hallar Nazirliyinə  verilib. Daha sonra zəhərlənmələrin sayının ilbəil artığı müşahidə olunduğuna görə həmin səlahiyyətlər FHN-dən alınıb və Nazirlər Kabinetinin qərarı ilə yenidən “Azəriqaz” İB-nə verilib. Bizim sahədə həm həyət evləri, həm də çoxmərtəbəli  yaşayış binaları olduğundan şöbənin əməkdaşları olaraq vaxtaşırı həm həyətlərdəki evlərdə, həm binaların  mənzillərində, eyni zamanda, tikinti obyektlərində  yoxlamalara gedirik. Qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən mümkün nöqsan və ya pozuntuların aşkarlanması məqsədilə müayinələr aparırıq. Nəticələr Bakı Regional Qaz İstismarı İdarəsinin Binəqədi xidmət sahəsinin e-sistemində əks olunur. Qanun pozuntularına uyğun tədbirlər görülür... 

Söhbətimiz xeyli uzandı. Xanımın yorğunluğunun bir qədər azaldığını gördüm. İşində uğurlar arzulayıb yola saldım. İnsanların təhlükəsizliyi üçün qışın şaxtasında, yayın bürküsündə onların qapısını döyüb mənzilə daxil olmaq üçün icazə istəyən belə fədakar xidmət əməkdaşlarının işləri yalnız “sağ olun, təşəkkür edirəm”lə dəyərləndirilir. Hələ onu demirik ki, mənzillərin qapılarını onların üzünə qapayanlar da az olmur.

Zərifə BƏŞİRQIZI
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri