Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Bu, milli təhlükəsizliyimiz üçün riskdir... Fond rəhbəri

Bu, milli təhlükəsizliyimiz üçün riskdir... Fond rəhbəri

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bakupost.az "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin "Azərbaycan dili – milli suverenliyin mənəvi sərhədi kimi" başlıqlı məqaləsini təqdim edir:


"Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri yeni strateji baxış gətirdi.

Mənim mənliyimin füsunkarlığı,

Danışan kamalı, ağlıdır dilim.

Millətin varlığı, yurdun varlığı,

Sənin varlığına bağlıdır, dilim. (Bəxtiyar Vahabzadə, “Dilimiz”)

Azərbaycan dilinin qorunması və inkişafı bu gün, sadəcə mədəni məsələ deyil, milli varlığımızın, dövlətçiliyimizin və mənəvi təhlükəsizliyimizin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri dilin, sadəcə ünsiyyət vasitəsi və ya mədəniyyət daşıyıcısı kimi deyil, milli dövlətçiliyin və suverenliyin əsas dayaqlarından biri kimi qiymətləndirildiyini göstərir. Bu yanaşma həm siyasi, həm də sosioloji mənada dilin mahiyyətinə dərin baxışı əks etdirir. Dil bir xalqın özünüifadə forması olmaqla yanaşı, onun düşüncə sistemini, tarixi yaddaşını və milli psixologiyasını qoruyan canlı bir orqanizmdir. Bu orqanizmin zəifləməsi təkcə mədəni tənəzzül deyil, həm də milli təhlükəsizlik riskidir.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi “Bizim dilimiz çox zəngindir, xarici sözlərə ehtiyac yoxdur. Ana dilimizin saflığını qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur” fikri bu məsələyə yeni strateji baxış gətirdi. Dövlət başçısı dilin qorunmasını təkcə mənəvi borc deyil, həm də elmi, texnoloji və təhlükəsizlik aspektləri ilə əlaqələndirərək ana dilinə münasibətdə milli düşüncənin istiqamətini müəyyənləşdirdi.

Dil bir millətin kimliyini formalaşdıran ən mühüm elementlərdən biridir. Əgər dövlətin ərazi bütövlüyü onun sərhədləri ilə ölçülürsə, milli kimliyin bütövlüyü də ilk növbədə dilin saflığı və işləkliyi ilə müəyyən olunur. Tarix sübut edib ki, bir xalqı məhv etmək üçün onun dilini sıradan çıxarmaq kifayətdir. Dilin məhv olması millətin şüurunda boşluq yaradır, kollektiv yaddaşı silir, tarixi əlaqə zəncirini qırır.

Azərbaycan üçün bu, xüsusilə həssas məsələdir, çünki uzun illər ərzində müxtəlif mədəni, siyasi və ideoloji təsirlərə məruz qalmış xalq kimi dilin qorunması həm milli, həm də geosiyasi özünümüdafiə məsələsinə çevrilmişdir.

Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və iqtisadi sahələrlə məhdudlaşmır. İnformasiya, ideoloji və mədəni təhlükəsizlik konsepsiyaları milli sabitliyin əsas dayaqlarından birinə çevrilib. Azərbaycan Prezidenti dilin qorunmasını milli təhlükəsizlik komponenti kimi məhz bu kontekstdə dəyərləndirir. Çünki dil yalnız kommunikasiya vasitəsi deyil, həm də informasiya suverenliyinin təminatçısı, milli şüurun daşıyıcısıdır. Əgər bir xalq öz dilində düşünmürsə, informasiyanı da başqasının semantik sistemində qəbul edir, nəticədə milli informasiya təhlükəsizliyi sarsılır. Bu mənada dilin saflığı və işləkliyi dövlətin ideoloji və informasiya müdafiəsinin ayrılmaz hissəsidir.

Azərbaycan dilinin qorunmasının milli təhlükəsizlik aspektidnə dəyərləndirilməsi, əslində, milli birliyin qorunması ilə birbaşa bağlıdır. Dövlət dili hər bir vətəndaş üçün ümumi məxrəci formalaşdırır; müxtəlif sosial və regional təbəqələri vahid mədəni koordinat sisteminə daxil edir. Əgər bu sistem zəifləyərsə, cəmiyyətin daxilində parçalanma riski artır, milli həmrəylik pozulur. Prezidentin “ana dilimizin saflığını qorumaq hər bir vətəndaşın borcudur” fikri təkcə çağırış deyil, həm də vətəndaş məsuliyyətinin ölçüsüdür. Dil həm ideoloji, həm sosial, həm də mənəvi inteqrasiya vasitəsidir. Onun yaşaması dövlətin, cəmiyyətin və fərdin birgə məsuliyyətinə çevrilməlidir.

Azərbaycan dilinin müasir mərhələdə qarşılaşdığı əsas çağırışlar iki istiqamətdə özünü göstərir. Bir tərəfdən qloballaşma və texnoloji transformasiya nəticəsində yad sözlərin və terminlərin artması, digər tərəfdən isə ana dilində elmi, texnoloji və peşəkar leksikonun tam formalaşmaması.

Prezidentin “Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur” fikri bu narahatlığın həm elmi, həm də praktiki əsasını təşkil edir. Burada söhbət yalnız estetik saflıqdan deyil, milli düşüncə kodunun qorunmasından gedir. Xüsusilə dövlət başçısının həmin çıxışında vurğuladığı kimi: “Süni intellekt bu gün gələcəyin inkişafının ayrılmaz hissəsidir, amma biz texnologiyaları mənimsəyərkən milli kimliyimizi və dilimizi qorumağı da unutmamalıyıq”.

Bu yanaşma “dil və təhlükəsizlik” anlayışını yeni səviyyəyə — rəqəmsal suverenlik və intellektual təhlükəsizlik mərhələsinə qaldırır. Azərbaycan dili süni intellekt, avtomatik tərcümə və qlobal informasiya sistemlərində yalnız iştirakçı deyil, subyekt statusunda olmalıdır. Bunun üçün dilin kodlaşdırılması, terminoloji bazasının genişləndirilməsi və elektron korpusların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın yubileyində səsləndirdiyi fikirlər ana dili baglı siyasətinin mədəni mərhələdən strateji mərhələyə keçidini təsdiqlədi. Azərbaycan dili artıq yalnız ədəbiyyatın və mədəniyyətin simvolu deyil, milli suverenliyin, informasiya təhlükəsizliyinin və elmi inkişafın ayrılmaz dayağı kimi qəbul olunmalıdır. “Dil məsələsi yalnız mədəniyyət yox, milli təhlükəsizlik məsələsidir” fikri bu baxımdan sadəcə bəyanat deyil, dövlət fəlsəfəsinin konseptual təməlidir. Coğrafi sərhədləri ordu qoruyursa, mənəvi sərhədləri dil qoruyur. Azərbaycan dilinin saflığı, işləkliyi və nüfuzu — dövlətin mənəvi müdafiə qalxanıdır. Onu qorumaq isə həm vətəndaş borcu, həm də strateji məsuliyyətdir.

Dil – millətin canıdır,

Cansız millət olmaz!

Sözündə Vətən dayanır,

Sözsüz Vətən olmaz! (Sabir Rüstəmxanlı)"


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 Noyabr 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri