Icma.az
close
up
RU
Tehran dinc sakinləri Trampın “vuracam” dediyi yerlərə yığır

Tehran dinc sakinləri Trampın “vuracam” dediyi yerlərə yığır

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ-nin İranın həyati əhəmiyyət daşıyan elektrik stansiyalarını vura biləcəyilə bağlı ehtimallardan sonra molla rejimi əhalini elektrik stansiyalarının ətrafına toplamaq qərarına gəlib.


İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi ölkə əhalisini aprelin 7-də ABŞ prezidenti Donald Trampın bombalamaqla hədələdiyi elektrik stansiyalarının yaxınlığında keçiriləcək kütləvi etiraz aksiyalarında iştiraka çağırıb. Belə görünür, İran rəsmiləri bu çağırışla sözügedən hədəflərin vurulacağı halda dinc əhalinin kütləvi qırğınına bais olmaq istəyir. Bu isə Tehranın mülki sakinləri hədəfə gətirməklə prosesdə hansısa məqsədlər güddüyünə işarə sayıla bilər.

Mövzu ilə bağlı Bakupost.az-a danışan Yaxın Şərq üzrə ekspert, konfliktoloq Azər Hüseynov bildirib ki, İran hakimiyyətinin insanları elektrik stansiyalarının ətrafına yönləndirməsi ilk baxışda riskli və hətta təhlükəli addım kimi görünə bilər:

“Amma məsələni daha geniş siyasi və strateji kontekstdə dəyərləndirdikdə, fərqli bir məntiq ortaya çıxır”.


Ekspertin sözlərinə görə, bu cür davranış klassik hərbi taktika deyil, daha çox informasiya və psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilməlidir:

“İran anlayır ki, müasir münaqişələrdə təkcə cəbhədə qazanılan uğur yetərli deyil. Beynəlxalq ictimai rəy, medianın reaksiyası və humanitar diskurs ən azı hərbi nəticələr qədər təsirli ola bilir. Məhz bu səbəbdən mülki əhalinin müəyyən obyektlər ətrafında görünməsi potensial hücumların siyasi qiymətini artırır”.

Konfliktoloq deyir ki, İranın məqsədi ABŞ-nin elektrik stansiyalarına vuracağı zərbələrin geniş miqyaslı humanitar böhran yaradacağını nəzərə alaraq ya geri çəkilməsinə, ya da beynəlxalq təzyiqə məruz qalmasına nail olmaqdır:

“Axı elektrik stansiyaları sıradan obyektlər deyil, bir ölkənin gündəlik həyatının sinir sistemidir. Elektrik stansiyalarına zərbə, faktiki olaraq, birbaşa mülki həyatın bütün sahələrinə domino effekti ilə təsir edir. Əgər belə obyektlər hədəfə alınarsa, bu yalnız enerji infrastrukturu ilə məhdudlaşmır, geniş miqyaslı humanitar böhran riski yaradır”.

Həmsöhbətimiz qeyd edir ki, bu məsələ beynəlxalq hüquq kontekstində də mübahisəlidir:

“Müharibə qanunlarına görə mülki infrastrukturun qəsdən hədəf alınması qadağandır, xüsusilə də bu, birbaşa mülki əhalinin həyatını təhlükəyə atırsa. Elektrik stansiyaları bəzən “ikili təyinatlı” (dual-use) obyektlər sayılır – yəni həm hərbi, həm mülki məqsədlərə xidmət edə bilər. Amma onların vurulmasının nəticələri mülki əhali üçün dispropor­sional zərər yaradırsa, bu artıq hüquqi və etik müzakirələrin mərkəzinə çevrilir”.

A. Hüseynovun fikrincə, İran bu addımla həm də qarşı tərəfin qərarvermə mexanizmini çətinləşdirmək istəyir.

Rüfət Sultan, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Aprel 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri