Icma.az
close
up
RU
Tehran hakimiyyəti parçalana bilər: Azərbaycanı İranda hədəfə gətirən SEPAHdır

Tehran hakimiyyəti parçalana bilər: Azərbaycanı İranda hədəfə gətirən SEPAHdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Ali dini rəhbərə bağlı rəsmilərin və qrumların anti-Azərbaycan açıqlamaları iki ölkə arasında yeni siyasi böhrana gətirib çıxarır. Ərdəbilin İmam Cümləsi H.Amuli və SEPAH bağlı BƏSİC qüvvələri Azərbaycanı açıq hədəfə alıblar.  Ekspertlərin fikrincə Ərdəbildə Azərbaycan və Türkiyəni hədəf alan şüarlar birbaşa hakim dairələr tərəfindən kordinasiya edilir. 


Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə də "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Tehranda səfirliyinə terror hayata keçirən BƏSİC üzvüdür. Onun sözlərinə görə, Azərbaycanın Türkiyə ilə kordinasiyalı siyasəti və Suriyada ikitərəfli əməkdaşlığı Tehranı "özündən" çıxarıb. Məhz Azərbaycanı İranda hədəfə gətirən SEPAH-dır: 


"SEPAH İranın ali dini rəhbəri Xameneiyə tabedir. Məhz İranın azərbaycanlı prezidentinin Azərbaycana səfərinə prezident İlham Əliyevlə görüşünə SEPAH mane olur. İran Azərbaycana qarşı düşmənçilik fəaliyyətini yenidən açıq  şəkildə davam etdirir. Azərbaycan Tehranda səfirliyini müvəqqəti bağlamalı və diplomatlar təhlükəsizlik səbəbinə görə Bakıya geri dönməlidir. İranın aqressiv siyasəti hər keçən gün inkişaf edir. İranın ölkəmizdə müvəqqəti işlər vəkilinə çağırıb etiraz bildirmək Tehran üçün sıradan bir məsələdir". 


İran rejiminin Azərbaycan siyasətinin özlərinin əleyhinə işləyəcəyini proqnozlaşdıran siyasi ekspert qeyd edib ki, İranın Suriyada, Livanda və Yəməndə siyasi-hərbi mövqeyi planlı şəkildə sıradan çıxarılır. Növbəti mərhələdə İran rejiminin devrilməsidir: 

"Vaxtilə ABŞ sabiq  prezidenti C. Buşun  Rusiya -Şimali Koreya və İranı nəzərdə tutaraq "Şər üçbucağı" elan etdiyi bloka qarşı həmlələr reallaşıb. Məhz bu blokun üzvü olan  İran Yaxın Şərqdə öz qürubunu yaşayır. 

Donald Trampın yenidən prezident seçilməsi, Tehran rejimi üçün çətin bir proseslərin başlanmasina gətirib çıxaracaq. Bu günlərdə prezident Cozef  Baydenin İran nüvə obyektlərinə zərbə "endirilməməsi" kimi tapşırığı da növbəti mərhələdə "endirilsin" siyasətin tərkib hissəsidir. Bir növ İranın hərbi və nüvə mərkəzləri hədəf halına gətirilir. 

İranin Livanda "Hizbullaha"  maliyyə və logistika dəstəyi də kəsilir. Tehranın göndərdiyi Təyyarənin Livan təhlükəsizlik orqanları tərəfindən yoxlanışa məruz qalması, tapılan pulların Livan hökumətinəvqalacağı vurğulandı. Livan hökuməti İranla əməkdaşlığa son verməklə, Tehranın Aralıq dənizinə çıxmasının qarşısı alındı. Tehran rejimi Yaxın Şərqdə siyasi -hərbi təsiri fiaskoya uğrayır. Artıq D.Tramp Tehran rejimini hədəfə alacaq.  İrana qarşı hərbi əməliyyatlar istisna deyil. SEPAH mövqeyi kifayət qədər zəifləyib. Məhz özünü "doğrultmaq" üçün Azərbaycanı hədəf seçib". 


M. Əsədullazadənin fikrincə İran İnqilab Keşikçiləri korpusunun (SEPAH) Azərbaycan və Türkiyəni hədəfə gətirməsi bu ölkə daxilində yeni parçalanmaya gətirib çıxara bilər. Odur ki,  Azərbaycan İrandan gələ biləcək təhlükələrə hazır olmalı və təhlükəsizlik tədbirlərinin artırmalıdır: 

"Türkiyə ilə Azərbaycan kordinasiya çalışaraq Tehrana xəbərdarlıq yenidən etməlidir. 

Tehran rejimi Azərbaycanın Türkiyə ilə Suriyada əməkdaşlıq etməsini və Ermənistanla münasibətlərin normallaşması istiqamətində müsbət irəliləyişlərdən narahatdır. Həmçinin "Zəngəzur" dəhlizinin açılmasının reallaşmasını qəbul etmək istəmir. 

Demək olar ki, yeni geosiyasi nizam İran rejiminin əleyhinə işləyir. Qonşularla normal münasibətlər qurmaması, Azərbaycan və Türkiyə qarşı düşmənçilik fəaliyyəti Tehran rejimini təkləyir. Halbuki, molla rejimi Azərbaycan və Türkiyə ilə normal əlaqələr qursa, bu ölkəyə artan təzyiqlər fonunda İslam dünyasında İrana dəstək verilə bilərdi".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri