Tehran: İranla müharibə bəşəriyyətə qarşı cinayətdir
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ və İsrailin İrana qarşı təcavüzü böyük bir səhv idi və bütün dünya üçün ciddi nəticələrə səbəb oldu.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının ali rəhbərinin Hindistandakı xüsusi nümayəndəsi Əbdül Məcid Hakim İlahi bəyan edib.
"Ən başından bu, çox böyük bir səhv idi. Bu müharibə təkcə İrana qarşı deyil, bütün bəşəriyyətə qarşıdır. Hazırda bir çox ölkədə insanlar əziyyət çəkir", — deyə "ANI" agentliyi İlahinin sözlərini sitat gətirib. O xatırladıb ki, münaqişə səbəbindən qaz, neft və daşıma qiymətləri artıb.
İlahi dünya dövlətlərinin rəhbərliyini ABŞ Prezidenti Donald Trampı hərbi əməliyyatı dayandırmağa razı salmağa çağırıb. "Bütün ölkələr böyük rol oynaya bilər. Dünya liderlərinin birləşməsi və bu müharibəni dayandırmaq üçün Trampa müraciət etməsi zəruridir", — deyə o qeyd edib. İlahi hesab edir ki, Hindistan nizamlanma prosesində mühüm rol oynamaq iqtidarındadır.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 06 Aprel 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















