Tehran israr edir: Hörmüzdən keçid İranla koordinasiyalı olmalıdır
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Hörmüz boğazında təhlükəsiz keçid İranın maraqları nəzərə alınmayan yollarla baş tuta bilməz.
APA xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
“Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz. Hər hansı etibarlı çərçivə İranla koordinasiyaya və İslamabad Anlaşma Memorandumunun beşinci bəndinin müddəalarına əsaslanmalıdır. Əks təqdirdə, müəyyən edilmiş alternativ marşrutun fəaliyyəti dayandırılacaq”, - Qəribabadi vurğulayıb.
Qeyd edək ki, anlaşma memorandumunun 5-ci bəndində sənəd imzalandıqdan sonra İran İslam Respublikasının öz maksimum səylərini göstərərək, yalnız 60 gün müddətinə və heç bir ödəniş tələb etmədən, ticarət gəmilərinin Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə təhlükəsiz keçidini təmin edəcək müvafiq tədbirlər görəcəyi deyilir. Anlaşma memorandumunun 5-ci bəndində bildirilir ki, ticarət gəmilərinin hərəkəti dərhal başlayacaq və İran İslam Respublikasının texniki və hərbi maneələri aradan qaldırması, həmçinin minalardan təmizləmə işlərini həyata keçirməsinin zəruriliyi nəzərə alınmaqla, 30 gün ərzində tam şəkildə bərpa olunacaq.
Qeyd olunur ki, İran İslam Respublikası Hörmüz boğazının gələcək idarəçiliyi və dəniz xidmətlərinin müəyyənləşdirilməsi məsələsi üzrə Oman Sultanlığı ilə qüvvədə olan beynəlxalq hüquqa və Hörmüz boğazına sahilyanı dövlətlərin suveren hüquqlarına uyğun şəkildə danışıqlar aparacaq. Eyni zamanda, Fars körfəzinin digər sahilyanı dövlətləri ilə də bu mövzuda fikir mübadiləsi aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 İyun 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















