Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

TEHRAN NİYƏ PAŞİNYANDAN DAHA ÇOX NARAHATDIR? İran öz daxilindəki hərc mərcliyi xarci siyasətə gətirir

TEHRAN NİYƏ PAŞİNYANDAN DAHA ÇOX NARAHATDIR? İran öz daxilindəki hərc mərcliyi xarci siyasətə gətirir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın İrəvandakı səfiri Mehdi Sobhani dünən keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarına münasibət bildirib. Belə demək mümkündürsə, Tehran Paşinyanın “yola gəlmək” istəyindən əndişəsini ifadə edib.

Xatırladaq ki, Paşinyan hələ də Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə də, Azərbaycan Prezidenti son çıxıçındakı tələblərə daha konstruktiv reaksiya verib. 

Ermənistan rəhbəri ötən həftə keçirdiyi mətbuat konfransnda deyib: "Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik. Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik”.

İran səfiri isə jurnalistlərin suallarına cavab olaraq deyib ki, regional problemlərin güc yolu ilə həllinin əleyhinədirlər: "Biz məsələlərin diplomatik dialoq yolu ilə həllinin tərəfdarıyıq. Biz regional məsələlərin güc tətbiqi yolu ilə həllinin əleyhinəyik. Biz regionda vəziyyətin gərginləşməməsi üçün hər cür səy göstərəcəyik. Yol yaratmaq üçün gücdən istifadənin heç bir izahı yoxdur".


Maraqlıdır, nə Azərbaycan liderinin bəyanatında, nə də Paşinyanın reaksiyasında güc tətbiqi amili dilə gətirilməyib, hər iki tərəf reallıqları və perspektivləri dəyərləndirərək mövqe ifadə edib. Doğrudur, Paşinyan hələ də tərəddüd edir və bu, həm də Rusiya və İranın İrəvana basqıları ilə bağlıdır.

İran səfiri vurğulayıb ki, onlar Azərbaycan və digər ölkələrlə münasibətlərindən hər hansı münaqişənin qarşısını almaq üçün istifadə edəcəklər.

"Təbii ki, Ermənistanın ərazisindən keçən istənilən yolun onun suverenliyi altında olması ilə bağlı mövqeyi beynəlxalq səviyyədə tanınmış hüquqdur. Əgər biz bu məntiqi rəhbər tutsaq, o zaman yeni münaqişə baş verməməlidir və biz yeni münaqişənin qarşısını almaq üçün bütün səylərimizi göstərəcəyik", - deyə Mehdi Sobhani bildirib.

Belə çıxır ki, iranlı dipolmat Ermənistanın qayğısına Paşinyan hökumətindən daha çox qalır. Əgər rəsmi İrəvan beynəlxalq hüquq şərçivəsində öz öhdəliklərini yerinə yetirməyə qərar veribsə, bu, İranı niyə narahat etməlidir? Naxçıvana quru yolun açılması Azərbaycanın təməl haqqıdır, müharibədəki qalibiyyəti ilə dəhlizin açılmasının hüquqi, siyasi və mənəvi məsələlərini tam şəkildə həll edib.


Əlbəttə, İran çalışır ki, Naxçıvana yol təkcə onun öz ərazisindən keçsin və bundan Azərbayacana qarşı təzyiq aləti kimi yararlansın. Amma bu, Tehranın istəyi ola bilər, rəsmi Bakı Naxçıvana gediş-gəliş məsələsinin tarixə, hüquqa və bölgədəki yeni reallıqlara əsaslanan konseptual həll mexanizmini çoxdan hazırlayıb. Son üç ildə kommunikasiyaların çəkilməsi, Ermənistanla danışıqlarda uzun məsafənin qət edilməsi problemin həllini yaxınlaşdırıb. Ermənistan hakimiyyətinin son açıqlamaları tərəflərin razılaşmaya yaxın olduğunu göstərir.

Azərbaycan müharibədən sonra öz gündəliyini ardıcıl şəkildə həyata keçirir və bu işdə İran ona mane olmaq istəyən yeganə qonşu ölkə olub. Münasibətlər hətta hərbi qarşdurma səviyyəsinə qədər gərginləşsə də Bakı geri addım atmayıb, əksinə, öz mövqeyini qəbul etdirməyə nail olub.

Regionda mövcud reallıqları – xüsusən İranın İsraillə proksi müharibədə ağır məğlubiyyətə uğramasından dolayı mövqeyinin kəskin zəifləməsini, ölkədə siyasi, iqtisadi, sosial böhranın pik həddə çatmasını nəzərə alsaq, Tehranın Bakıya təzyiq imkanları minimum həddə düşüb. Bura Birləşmiş Ştatlarda hakimiyyətə gəlmiş Tramp hökumətinin İsraillə birlikdə başladığı anti-İran strategiyasının elan olunmasını da əlavə etsək, cənub qonşunun iddiaları gülüş doğurur.

Rəsmi Bakı olub-keçənlərə baxmayaraq İrana yenidən dostluq əlini uzadıb, Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri, keçirdiyi yüksək səviyyəli görüşləri, Prezident Pezeşkianın Azərbaycana rəsmi səfərə dəvət olunması bu niyyətindən xəbər verir.

İran rəhbərliyi nəhayət Azərbaycanla bağlı vahid mövqe nümayiş etdirməlidir. Daxildəki hərc-mərcliyin xarici siyasətə transferinin qarşısı alınmalıdır. Tehranda unutmamalıdırlar ki, Azərbaycan Respublikası ilə dost münasibətdə qalmaq, onun maraqlarına hörmət etmək İran üçün əslində milli təhlükəsizlik məsələsidir…

Elçin Rüstəmli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri