Icma.az
close
up
RU
Tramp administrasiyası İsrailin İran planlarından NARAHATDIR

Tramp administrasiyası İsrailin İran planlarından NARAHATDIR

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ilə İsrail arasında İran siyasəti ilə bağlı fikir ayrılıqlarının dərinləşdiyi iddia olunur. Məlumata görə, Vaşinqton diplomatik kanalların qorunmasının vacibliyini ön plana çıxararkən, İsrailin İran rəsmilərini hədəf alması ABŞ administrasiyasında narahatlıq yaradıb.

Redaktor.az xəbər verir ki, “Washington Post” qəzetinin yüksək rütbəli ABŞ rəsmilərinə istinadən yaydığı məlumata əsasən, Donald Tramp administrasiyası İranla bağlı diplomatik kanalları açıq saxlamağa çalışdığı bir vaxtda İsrailin bu ölkənin əsas danışıqlar aparan şəxslərini hədəf almasından ciddi narahatlıq keçirib.

Məlumata görə, Vaşinqton yaz aylarında vasitəçilər vasitəsilə Tehrana İsrailin mümkün planları barədə xəbərdarlıq göndərib. ABŞ rəsmilərinin xüsusilə İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafa qarşı mümkün sui-qəsd planlarına etiraz etdiyi bildirilir.

Bildirilir ki, adının açıqlanmasını istəməyən amerikalı rəsmilərdən biri bu addımın İran daxilində danışıqlara meyilli qüvvələri zəiflədə biləcəyini vurğulayaraq, belə şəxslərin hədəfə alınmasının diplomatik prosesə ciddi zərbə vuracağını deyib.

Analitiklərin fikrincə, Vaşinqtonun bu məsələ ilə bağlı birbaşa xəbərdarlıq etməsi ABŞ ilə İsrail arasında strateji fikir ayrılıqlarının mövcudluğunu göstərir. ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Aaron David Miller bildirib ki, bu vəziyyət iki müttəfiqin müharibə ilə bağlı hədəflərinin fərqlənməyə başladığını nümayiş etdirir.

Məlumata əsasən, münaqişənin ilk mərhələsində hər iki ölkə İranda rejim dəyişikliyi məqsədini bölüşsə də, sonradan yanaşmalar ayrılıb. ABŞ daha çox İranın dəniz və raket imkanlarının zəiflədilməsinə üstünlük verib, İsrail isə siyasi və hərbi rəhbərliyi hədəf alan əməliyyatlara fokuslanıb. Qeyd olunur ki, mart ayının ortalarında İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi Əli Laricaninin öldürülməsi Vaşinqton və Təl-Əviv arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see475

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see347

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see335

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see328

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see323

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see322

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see298

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see296

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see296

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see288

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see283

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see282

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see271

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see263

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see262

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see259

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see235

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see231

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see219

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri